"Kübar insanlar yasa tacla gələr" - Elza
Əməkdar artist Elza Seyidcahan ötən gün Xalq artisti Rafael Dadaşovun dəfn mərasiminə başında tacla gəetməsinə aydınlıq gətirib.
Open.az xəbər verir ki, sənətçi bu barədə "İnstaqram"da yazıb:
"Çəkilişə getmişdim. Getməsəm də, Elza Seyidcahan hara və necə getməlidir çox yaxşı bilir. O çılpaq, oralarını-buralarını kəsdirənlər, dolduranlar öz dərdlərini çəksinlər. Yas mərasiminə tacla getmək olar. "Getmək olmaz" deyənlər kübar deyillər. Zadəganlıqdan, Avropa mədəniyyətindən xəbəri olmayanlar irad bildiribilər. Lap elə Avropa mədəniyyəti olmasın, tarixdə xanımlarımız, mollalarımız daş-qaş içində içində par-par bərq vururlar. Qırmızı geyinmə, qara geyin, amma başına tac qoy. Orada kimsə papaq qoymuşdu, kimsə çalma, broş taxmışdı. Mən də başıma tac qoymuşam, qaşları da qaradır. Bəli, çəkilişə gedirdim. Qırmızı qaşlı yaxud qızılı olsaydı, çıxarardım.
Elza Seyidcahanın gətirdiyi obrazları, stilləri, imicləri, tərzləri, yenilikləri indi o boyda Ledi Qaqalar təkrarlayıb milyonlar qazanırlar. Elzanın hansı addımı yazılmayıb ki? Qoyun, yazsınlar. Bu gün də tacımdan yazsınlar. Sənətim, geyimim, şeirim bir yana... Amma istəyirəm onlara deyim ki, bilin və agah olun: Siz səhvsiniz, Elza Seyidcahan həmişəki kimi yenə düzdür!".

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq