"Küçəyə çıxmaq qadağandır" - Çindəki səfirimiz tələbələrdən danışdı

"Küçəyə çıxmaq qadağandır" - Çindəki səfirimiz tələbələrdən danışdıHazırda Çin hökumətiylə danışıqlar prosesini davam etdiririk. Ümid edirəm ki, yaxın zamanlarda müsbət nəticə əldə edəcəyik. 
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı AzTV- nin "Hədəf" verişilinin efirində deyib. Səfir bildirib ki, Çin hökumətiylə Azərbaycan səfirliyi arasında danışıqlar aparılır: "Bir çox ölkələrin vətəndaşları hazırda həmin təcrid olunmuş şəhərdədirlər. Çin hökuməti karantin bölgəsindən, ümumiyyətlə, vətəndaşların çıxarılmasını ilkin mərhələdə təhlükəli hesab edir.  
Azərbaycan hökuməti vətəndaşlarının çıxarılmasına çox ciddi yanaşır. Ümid edirəm ki, yaxın zamanlarda biz müsbət nəticə əldə edəcəyik". 
Ə. Zeynallı bildirib ki, Çin Səhiyyə Komitəsinin bu günə olan son məlumatına görə, ölkədə 4599 nəfər artıq virusa yoluxub: "Onlardan da 106-sı dünyasını dəyişib.  Virusa yoluxma şübhəsiylə 6973 nəfər karantindədir. Onlarla təmasda olan 50 mindən artıq insan isə ümumilikdə nəzarətə götürülüb. Bu faktlar onu deməyə əsas verir ki, koronavirus çox sürətlə yayılır. 
Buna baxmayaraq Çin hökuməti tərəfindən çox ciddi preventiv addımlar atılır ki, yayılmanın qarşısı alınsın. Bizim, əsasən, narahatlığımıza səbəb olan epidemiyanın yayıldığı Uhan şəhərində olan tələbələrimizdir. Hazırda orada 7 vətəndaşımız var. Onlardan 4-ü tələbədir. Səfirlik olaraq 23 yanvar tarixindən etibarən vətəndaşlarımızla gündəlik əlaqə yaradırıq. Onların qarşılaşdıqları problemləri həll etməyə çalışırıq. Uhanda olan vətəndaşlarımızın vəziyyəti Çinin digər bölgələrində olan vətəndaşların vəziyyətiylə müqayisədə daha ağırdır. Çünki onlar öz mənzillərində, təhsil aldıqları universitetlərin yataqxanalarında tamamilə təcrid olunmuş vəziyyətdədirlər. 
Uhan şəhərində, ümumiyyətlə, küçəyə çıxmaq qadağandır. Yataqxanada qalan tələbələrimiz universitetlər tərəfindən yeməkxanalarda yeməklə təmin olunurlar. Yataqxanalarda olmayanlara isə şəhər bələdiyyəsi tərəfindən yeməklərin çatdırılması təmin olunur. Evdə yaşayan tələbələrimiz isə uzunmüddətli azuqə toplayıblar. Çətinlik olduğu təqdirdə biz Xarici İşlər Nazirliyinin həmin şəhərdəki və əyalətdəki şöbələri vasitəsiylə vətəndaşlarımıza yardımı həyata keçiririk".
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 28 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız


yeni xeberler son xeberler azerbaycan xeberleri az xeber cebheden xeber kriminal xeberler xeber.az son xeberler