Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlandı - VİDEO

Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlandı - VİDEODövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları Azərbaycanın gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş xeyli miqdarda aksiz markası olmayan siqaretlərin realizə edilməsinin qarşısını alıblar.
DGK-dan Open.az-a verilən məlumata görə, İdarənin Narkotiklərlə mübarizə şöbəsinə əvvəlcədən daxil olan məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində, Bakı şəhəri Nəsimi rayonu ərazisində Azərbaycan vətəndaşı idarə etdiyi "Kia Sorento" markalı nəqliyyat vasitəsində olan siqaretləri şərti alıcı qismində cəlb edilmiş gömrük əməkdaşına satmaq istəyərkən saxlanılıb.
Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa yük yerində 5 ədəd karton qutuların içərisində Azərbaycana məxsus aksiz markası olmayan 1470 qutu "Parliament Silver Blue", 1030 qutu "Parliament Agua Blue" markalı siqaretlər həmçinin, avtomobilin arxa yük yerinin döşəməsinin altında olan zavod konstruksiyasında nəzərdə tutulmayan boşluqdan 990 qutu "Marlboro Touch", 20 qutu "Sobranıe superslims less smoke smell", 4 qutu "Marlboro touch less smell" markalı siqaretlər aşkar edilib.
Avtomobilin sürücüsü şifahi sorğu-sual zamanı Abşeron rayonu, Masazır qəsəbəsində qohumunun yaşadığı fərdi yaşayış evində əlavə olaraq Azərbaycan Respublikasına məxsus aksiz markası olmayan siqaretləri saxladığını bildirib.
Dərhal əməliyyat tədbirləri davam etdirilərək qeyd edilən əraziyə baxış keçirilib, daha 8 ədəd karton qutularda Azərbaycan Respublikasının müvafiq aksiz markası ilə markalanmayan 1000 qutu "Parliament Silver Blue", 500 qutu "Parliament Agua Blue", 1980 qutu "Marlboro touch" və 500 qutu "Marlboro double mix" markalı siqaretlər aşkar edilib.
Bununla da, hüquqpozma predmeti olaraq, ümumilikdə 7494 qutu xarici markalı siqaretlər aşkar edilərək götürülüb.

Hadisə       Tarix: 03 mart 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU

Bakıda qadına cinsi zorakılıq edib pulunu ələ keçirən şəxs saxlanılıb. -a istinadən xəbər verir ki, Yasamal rayon sakini G.H. polisə müraciət edərək Araz Ayaz oğlu Babayevin ona qarşı cinsi zorakılıq etdiyini, daha sonr

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq öldü

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq ölüb. xəbər verir ki, Buzovna qəsəbəsində 2024-cü il təvəllüdlü F.C evinin qarşısındakı su kanalına düşərək boğulub. F.C meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğ

Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi

Paytaxtın Xətai rayonunda kafelərin birində "Ceyhun Sabunçu" ləqəbi ilə tanınan Ceyhun Mirağayevin ölümü ilə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısına çıxarılıb. -ınəldə etdiyi məlumata görə, ölüml

Bakıda gənc idman zalında öldü

Bakıda idman zalında ölüm hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib. Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığında

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı əlavə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emil" və MMA döyüşçüsü kimi tanınan Elnar adlı şəxslər olduğ

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat edib. xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) "Ədəbiyyat və kitabxanaçılıq" kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılo

İki ay faiz ödədi, üçüncü ay qətl törətdi - Siyəzəndə baş verən qətlin detalları

Siyəzən rayonunda sələmə pul verən qadın qətlə yetirilib. oxuaz-a istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında rayonun Böyük Həmyə kəndində baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Xəyalə Muradağa qızı Ağamalıyev

Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı

Kəlbəcərdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Kəlbəcər-İstisu avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan "KİA" markalı minik avtomobili idarəetmədə


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bugun hava durumu bu gunun xeberleri haqqinda melumat son xəbər