Külli miqdarda zərgərlik məmulatının ölkəyə keçirilməsinin qarşısı alınıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının ölkəmizin gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Open.az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb və "Qırmızı Kanal" buraxılış sisteminə yönləndirilib.
Vətəndaşa məxsus əl çantası rentgen aparatıyla yoxlanılarkən monitorda zərgərlik məmulatlarının təsviri görünüb. Təkrar yoxlama zamanı həmin çantada gömrük orqanına təqdim edilməyən, əvvəlcədən şifahi, yazılı və ya elektron formada bəyan olunmayan ağ rəngli metaldan hazırlanmış 10 ədəd kulonlu boyunbağı, 19 ədəd boyunbağı, 32 ədəd üzük, 42 cüt sırğa, 130 ədəd qolbaq, 6 ədəd sırğa-üzük-qolbaq-boyunbağı dəsti, 20 ədəd sırğa-üzük-boyunbağı və 71 ədəd sırğa-üzük-kulon dəstiaşkar edilib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, aşkar edilən predmetlər ümumi çəkisi 2123,61 qram olan 925 əyarlı gümüşdən hazırlanmış zərgərlik məmulatlarıdır.
Faktla bağlı araşdırma aparılır.

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU