Kürdəmirdə körpü uçdu - FOTO
Kürdəmirdə sakinlərin əkin sahələrinə və mal-qaranın örüşə gediş-gəlişini təmin edən körpü uçub.
KONKRET.az Report-a istinadən xəbər verir ki, Baş Şirvan kollektorunun rayonun Sor-sor kəndi ərazisindən keçən hissəsində eni 1, uzunluğu 15 metr olan körpünün uçması sakinlər üçün müəyyən çətinliklər yaradıb.
Sakinlər bildiriblər ki, körpünün təmir edilməsi üçün müraciət etsələr də, nəticəsi olmayıb:
"Bizim əkin sahələri, mal-qaranın otlaq yeri kollektorun digər tərəfində olduğu üçün qarşı tərəfə keçməkdə çətinlik çəkirik. Körpünün uçması sakinlər üçün çətinliklər yaradıb. Mal-qaranı örüşə apara bilmirik, əkin sahələrinə vaxtında gedib-gələ bilmirik".
Baş Şirvan Kollektoru İstismarı İdarəsinin rəisi Əhmədağa İbrahimov bildirib ki, körpüyə alternativ olaraq 1 kilometrə yaxın bir məsafədə yeni keçid çəkilib:
"Sakinlərin müraciətləri əsasında 5 il öncə qəzalı vəziyyətdə olan körpüyə alternativ keçid çəkilib. Lakin sakinlər məsafənin uzaq olmasını əsas gətirərək həmin keçiddən istifadə etmirlər. Kollektorun üzərində yeni keçid salındıqdan sonra qəzalı vəziyyətdə olan körpü bizim balansımızdan çıxarılıb. Lakin biz bu məsələni rəhbərlik qarşısında yenidən qaldıracağıq. Rəhbərlik tərəfindən hansı qərar qəbul olunsa, o da icra olunacaq", – idarə rəisi bildirib.




Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar