Kürdəmirdə mikroavtobus qəzaya düşdü - 1 ölü, 4 yaralı
Kürdəmirdə baş verən ağır yol qəzasında 1 nəfər ölüb, daha 4 nəfər xəsarət alıb.
KONKRET.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Ford" markalı mikroavtobus Bakı istiqamətində hərəkətdə olarkən sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton lövhəyə çırpılaraq aşıb. Hadisə zamanı Ağdam rayon sakinləri – 31 yaşlı Xəlilov Rahib Osman oğlu, 45 yaşlı İmanov Cəlal Qüdrət oğlu, 20 yaşlı Həsənov Nahid Şahid oğlu, 56 yaşlı Xəlilova Şövkət Əhməd qızı və Xəlilzadə Yağmur Rahib qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, ağır xəsarətlər alan R.Xəlilov xəstəxanada dünyasını dəyişib.
Fakt araşdırılır.
Xidmetler [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar