Laçında şagirdlər payız tətilini həm öyrənərək, həm də əylənərək keçirirlər
İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən məktəblərimizdə payız tətili şagirdlər üçün həm öyrədici, həm də əyləncəli şəkildə təşkil olunur.
azxeber.com xəbər verir ki, tətil günlərinin səmərəli keçirilməsi məqsədilə müxtəlif ekskursiyalar, maarifləndirici görüşlər və yaradıcı fəaliyyətlər həyata keçirilir.
Laçın rayonu Sus kənd tam orta ümumtəhsil məktəbinin şagirdləri Qarabağ ərazisində fəaliyyətə başlayan ilk peşəkar incəsənət məkanı olan "Yurd" qalereyasına və "Gilabi Ceramics" yaradıcılıq mərkəzinə ekskursiya ediblər. Şagirdlər burada həm incəsənət nümunələri ilə tanış olub, həm də yaradıcı proseslərdə fəal iştirak ediblər.
Şagirdlər həmçinin Laçının müxtəlif ərazilərinə maarifləndirici səfərlər edib, təbiət qoynunda müəllimləri ilə birlikdə faydalı vaxt keçiriblər. Onlara bölgənin təbiəti, biomüxtəlifliyi və ekologiyası barədə maraqlı məlumatlar verilib.
Bu fəaliyyətlər şagirdlərin dünyagörüşünün formalaşmasına, yaradıcı düşüncələrinin inkişafına, həmçinin sağlam və aktiv istirahətinə töhfə verir.
Xidmetler [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Ağdamda traktor minaya düşüb
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma