Lalə Azərtaş bu gün sonuncu dəfə ATV-də efirə çıxacağını açıqladı

Lalə Azərtaş bu gün sonuncu dəfə ATV-də efirə çıxacağını açıqladı"Cümə günü mənim ən sevdiyim gündür. Bu gün həm də mənim üçün çox önəmli gündür. Tamaşacılarımın görüşünə sonuncu dəfə gələcəm".
Open.az xəbər verir ki, bu sözləri aparıcı Lalə Azərtaş deyib. ATV ilə yollarını ayırdığını təsdiqləyən aparıcı bu gün sözügedən kanalda sonuncu dəfə efirə çıxacağını bildirib:
"2002-ci ildə "ATV Xəbər"dəki ilk efirimdə keçirdiyim məsuliyyət var içimdə. Sizi çox sevirəm. Sevildiyimi də hiss edirəm. Bunun üçün sizə sonsuz təşəkkürlərim var... Bu xəbər bilinəndə, iş yoldaşlarımla sağollaşanda çox şeylər yaşandı: səmimi göz yaşları, alqış sədaları, "sevinc"lər... Tamaşaçılardan bəziləri isə gedişimlə baglı fikir bildirəndə bir neçəsi o qədər gözəl vurğulamışdı ki - O, maddiyat üçün illərlə işlədiyi yerdən getmez. Yəqin nə isə səbəb olub.
Bəli, əzizlərim səbəb var. Amma səbəbi məndə qalsın. Hər birimizə uğur olsun. Atv-nin düşünürəm ki, mənə yalnız uğur qazandırdıqları olub, məni bir çox profildən püxtələşdirib. Ona görə doğma kanalıma səmimi və qucaqdolu təşəkkürlərim var. Xəbər kollektivim isə o qədər peşəkardı ki, inanıram hər zaman öndə və baxılan xəbər proqramı olacaq. İnanıram ki, özünə yenə gözəl bir sima yetişdirəcək.
Bizim yaxşı xəbər aparıcılarımız var və olacaq da. Onlardan öz üslübu olanlar hər zaman parıldıyacaq. Kimsə olmasan, kimisə təkrar etməsən, onsuz da sən seçiləcəksən. O baxımdan həmkarlarıma, kanalın dirəyi olan müxbir və redaktorlarıma, bir sözlə bütün "Atv Xəbər" ailəsinə uğur arzulayıram. Bundan sonrakı hər uğurunuz da mənim uğurum olacaq.
Tamaşaçılarım da deyir ki, siz harda olsanız biz sizi izləyəcəyik. Əziz tamaşaçılarım, sizinlə yenidən görüşmək ümidi ilə...".
Qeyd edək ki, L.Azərtaşın ATV-dən getməsini ilk dəfə Axşam.az saytı yazıb.

Şou Biznes       Tarix: 13 sentyabr 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək

Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq. xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayınd

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbərlər axsam.az xeberler cəbhədən son durum sosial yardim