Lalə Məmmədova Brilliant Dadaşovayla qalmaqalından danışdı
Əməkdar artist Lalə Məmmədova ilk dəfə Xalq artisti Brilliant Dadaşova ilə aralarındakı qalmaqaldan danışıb.
Open.az xəbər verir ki, "Söhbətsiz" verilişinə qonaq olan müğənni aparıcı Samir Bayramlının bununla bağlı suallarını cavablandırıb.
L.Məmmədova B.Dadaşovayla ilə danışmamaqlarının səbəbini açıqlayıb:
"Bir dəfə qalmaqal yox, açıqlama olmuşdu. İllər əvvəl mənə sual ünvanlandı ki, bənzəyirsiniz. Dedim ki, illər əvvəl Şövkət Ələkbərova ilə Nərminə adlı müğənni olub. Bənzəyiblər. Düşmən idilər? Bəlkə, mən ondan əvvəl doğulsaydım, onu mənə bənzədərdilər. "Mənim anam yaşında" bu söyüş deyil. Sadəcə, cümləni kobud təqdim etdilər.
Amma qarşı tərəfə ünvanıma dediklərini yaraşdırmadım. Daha müdrik cavab verərdi. Mənə demişdi ki, onun anası yaşındayamsa, mənim nənəmə oxşayır. Sənətkar olaraq, çox yüksəklərdədir. Ondan gözləmirdim. Ondan əvvəl harda görürdüm, qabağına qaçırdım. Bacıları ilə də münasibətim var idi.
Bir dəfə tədbirdə idik. Mən oxuyanda, onu rəqsə dəvət etdilər. Yaxınlaşdım ona "salam" verdim. Dedi, "Salam, canım". Bir həftə sonra onu efirə çağırdılar. Orada ona sual verdilər: Lalə Məmmədova sizin qohumunuzdur? Qayıtdı ki, o, kimdir? Aparıcı dedi, "Məktəb illəri". Dedi, yaxşı mahnıdır. Necə bunu deyə bilərdi? Sənətkardır, amma bu, o demək deyil ki, nə gəldi desin. Efirdə çıxıb yaşlı-başlı sənətkarlar "mən-mən" deməməlidir". /open.az

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq