Lavrov İrandan danışdı: Ərdoğanla birlikdə…

Lavrov İrandan danışdı: Ərdoğanla birlikdə…Rusiya İran ətrafında vəziyyətin gərginləşməsinin qarşısını almağa kömək etməyə hazırdır.
KONKRET.azxəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrovun sözlərinə görə, Moskva yeni bir eskalasiyanın qarşısının alınmasında maraqlıdır.
"Yayda baş verən və 12 gün davam edən müharibə zamanı MAQATE-nin nəzarətində olan nüvə obyektləri bombalanıb. Biz növbəti belə gərginliyin qarşısını almağa kömək etməkdən məmnunluq duyarıq. Hazırda İrana qarşı yeni hücumun qaçılmaz olacağına dair çoxsaylı proqnozlar səsləndirilir. Lakin sağlam düşüncə və təmkinin üstün gələcəyinə ümid edirik", – Lavrov vurğulayıb.
Rusiya XİN rəhbəri həmçinin Rəcəb Tayyib Ərdoğanın da vəziyyətin daha da pisləşməsinin qarşısını almağa çağırdığını və Türkiyənin vasitəçilik etməyə hazır olduğunu diqqətə çatdırıb.
"Bu və bir çox digər məsələlərdə mövqelərimiz yaxındır", – deyə Lavrov əlavə edib.
Lavrov bildirib ki, Rusiya və Türkiyə uzun müddətdir Suriya kürdlərinin ölkənin siyasi həyatına inteqrasiyası ilə bağlı proseslərə start verib və bu, hazırda reallaşmağa başlayır.
Nazirin sözlərinə görə, müasir Suriyada Moskva ilə Ankara arasında əvvəldən planlaşdırılan təşəbbüslər icra mərhələsinə qədəm qoyur. Söhbət kürdlərin siyasi həyata, güc strukturlarına, o cümlədən Suriya Ərəb Respublikasının ordusuna cəlb edilməsindən gedir.
"Biz türk dostlarımızla birlikdə çoxdan planlaşdırdığımız proseslərin müasir Suriyada həyata keçirilməsinə başlayırıq. Burada kürdlərin siyasi həyata, güc strukturlarına, Suriya Ərəb Respublikasının ordusuna inteqrasiyasını nəzərdə tuturam. Bütün nüanslara və yanaşmalardakı fərqlərə baxmayaraq, Rusiya və Türkiyə Suriya məsələsində daim ortaq mövqelər tapmağı bacarıb", – Lavrov yekunlaşdırıb.***Globalinfo.az

Siyasi       Tarix: 30 yanvar 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd


azerbaycan xeberleri son xeberler yeni xeberler en yeni xeberler bu gunun xeberleri valyuta mezennesi 2026 az xeber