Lavrov: "Rusiya Gürcüstanla münasibətlərin normallaşdırılmasını istəyir
"Rusiya Gürcüstanla münasibətlərin normallaşdırılmasını istəyir".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkə diplomatiyasının 2021-ci il üzrə fəaliyyətinin nəticələrinə həsr olunan konfransda çıxışında deyib.
Yanvarın 14-də keçirdiyi mətbuat konfransında jurnalistlərin səsləndirdiyi suallara bu gün yazılı cavab verən S.Lavrov bildirib ki, rəsmi Moskva Rusiya-Gürcüstan münasibətlərinin normallaşdırılması, mövcud ziddiyyətlərin aradan qaldırılması, ikitərəfli əlaqələrin bərpası və inkişafı məqsədlərinə sadiq qalır. XİN başçısı bunların hamısının iki ölkə xalqlarının maraqlarına cavab verdiyini qeyd edib.
O vurğulayıb ki, təmasların bərpası prosesi "ikitərəfli hərəkət yolu" olmalıdır: "Gürcüstan hakimiyyətinin keçmişdən dərslər çıxaracağına və Rusiyaya münasibətdə daha çox ölçülüb-biçilmiş siyasət yürüdəcəyinə çox ümid edirik".
Qeyd edək ki, Rusiya və Gürcüstan arasında diplomatik münasibətlər 2008-ci ildən dayandırılıb.
///Report

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı