Layihə üzrə kreditin məbləği 3 milyon manatdan çox olmayacaq - FƏRMAN

Layihə üzrə kreditin məbləği 3 milyon manatdan çox olmayacaq - FƏRMAN"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası"na uyğun olaraq verilən dövlət zəmanəti və faiz subsidiyası 2028-ci il yanvarın 1-dək dövlət zəmanəti verilərək bağlanılmış bütün kredit müqavilələrinə şamil ediləcək.
KONKRET.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" fərmana edilən dəyişiklikdə əksini tapıb.
"Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanına əsasən ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə, müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına verilən və aşağıdakı tələblərə cavab verən kreditlərə bu Qaydaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada dövlət zəmanəti və Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına faiz subsidiyası veriləcək:
– hər bir layihə üzrə kreditin məbləği 3 000 000 (üç milyon) manatdan çox olmamalı;
– müasir suvarma sistemlərinin alıcıları tərəfindən həmin sistemlərin qiymətləndirmə nəticəsində müəyyən olunan satış dəyərinin minimum 20 faizi həcmində ilkin ödəniş edilməli;
– kreditin illik faiz dərəcəsi 15 faizdən yuxarı olmamalı;
– kreditin müddəti 5 (beş) ildən çox olmamalı;
– kredit üzrə güzəşt müddəti müasir suvarma sistemlərinin alınması, quraşdırılması, ərzaqlıq buğda əkini, yığımı və satışı üçün bazarda tələb olunan müddətlərə uyğun olmalı, lakin 12 (on iki) aydan çox olmamalıdır.
Qaydaya uyğun verilmiş kreditlərə ümumi kredit məbləğinin aşağıda müəyyən olunmuş həddində dövlət zəmanəti veriləcək:
-. illik faiz dərəcəsi 14,01 faizdən 15 faizədək olduqda – 30 faiz;
– illik faiz dərəcəsi 13,01 faizdən 14 faizədək olduqda – 40 faiz;
– illik faiz dərəcəsi 12,01 faizdən 13 faizədək olduqda – 50 faiz;
– illik faiz dərəcəsi 12 faizədək olduqda – 60 faiz.
Verilən kreditlər üzrə sahibkarlıq subyektləri illik 5 faiz dərəcəsi ödəyir, qalıq faiz dərəcəsi isə bu Qaydanın 6.1-1.3-cü yarımbəndi nəzərə alınmaqla dövlət büdcəsindən Agentliyə ayrılmış vəsait hesabına ödəniləcək.
Verilmiş kreditin illik faiz dərəcəsinin subsidiyalaşdırılan hissəsi dövlət büdcəsindən bu məqsədlərlə ayrılmış vəsait hesabına Agentlik tərəfindən rübdə 1 (bir) dəfədən az olmamaqla kredit təşkilatına ödənilir. Kreditin əsas məbləğinin ödəniş qrafiki mövsümilik amili əsasında sahibkarlıq subyektinin dövriyyəsi və ərzaqlıq buğda istehsalı nəticəsində satışdan daxilolmalar nəzərə alınmaqla müəyyən olunacaq.
Nazirlər Kabineti üç ay müddətində:
– Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təklifləri əsasında yerli istehsal məhsulu olan müasir suvarma sistemlərinin satışı zamanı tətbiq edilən dövlət güzəştlərinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;
– sahibkarlıq subyektlərinə veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;
– bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yerli istehsal məhsulu olan müasir suvarma sistemlərinin yerli istehsala aid olmasına dair meyarları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Sosial       Tarix: 30 noyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx


azerbaycan xeberleri son xeberler yeni xeberler metbuat xeberleri maşın realiti şou idman xeberleri son.xeberler