Lənkəranda avtomobil körpüdən aşdı: İki nəfər öldü - YENİLƏNİB
Lənkəran rayon sakini İlqar Bayramov idarə etdiyi "Niva" markalı avtomobillə rayonun Əşlə kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi çaya aşıb.
Bu barədə KONKRET.az-a DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Nəticədə sürücü və avtomobildə olan sərnişin Ş.Mirzəyev aldıqları xəsarətlər nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
***
18:11
Lənkəranda avtomobil körpüdən aşıb, iki nəfər ölüb.
KONKRET.az xəbər verir ki, hadisə Lənkəran-Lerik yolunda, Əşlə kəndindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, avtomobil idarəetməni itirərək yoldan çıxıb və körpüdən çaya yuvarlanıb. Nəticədə iki nəfər hadisə yerində ölüb. Ölən şəxslərin kənd sakinləri olduğu bildirilib.
Hadisəyə səbəb kimi qarlı hava şəraitində yolun sürüşkən olması və sürətin düzgün seçilməməsi ehtimal olunur.
Meyitlər müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
Faktla bağlı prokurorluqda araşdırmalara başlanılıb.//Report

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır