Lənkəranda ƏMƏLİYYAT: 16 nəfər saxlanıldı
Lənkəranda son 10 gün ərzində keçirilən əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 16 nəfər saxlanılıb. Onlardan ümumilikdə 11 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
KONKRET.az xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti tədbirləri zamanı şəhər sakini olan bir nəfər azyaşlı saxlanılıb və ondan marixuana aşkarlanıb. Keçirilmiş əməliyyat tədbirləri ilə onun narkotik vasitəni rayonun Nərimanabad qəsəbəsinin sakini olan Möhübbət Quluzadədən əldə etdiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən saxlanılan M.Quluzadənin üzərindən marixuana aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı nəticəsində həmin şəxsin narkotik vasitəni Nərimanabad qəsəbə sakini Habil Baxşiyevdən əldə etdiyi müəyyən edilib. H.Baxşiyevin üzərindən və dəniz kənarındakı yarımçıq tikilidə gizlətdiyi yerdən 8 kiloqram 910 qram heroin və 2 kiloqram 100 qram marixuana aşkarlanaraq götürülüb.
Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 13 nəfər saxlanılıb. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır