Lənkəranda qanunsuz balıq ovu faktı aşkarlanıb
Lənkəranda qanunsuz balıq ovu faktı aşkarlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin (NPİ) Lənkəran Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşları tərəfindən ekoloji cinayət törədənlərə qarşı mübarizə və bioloji ehtiyatların mühafizəsi istiqamətində keçirilən növbəti tədbirlər nəticəsində Lənkərançayın rayonun Sütəmurdov kəndi ərazisindən keçən hissəsində qanunsuz olaraq balıq ovlayan rayon sakini müəyyən edilib.
Ondan ov aləti və qanunsuz olaraq ovladığı 71 ədəd balıq aşkarlanaraq götürülüb. Həmin şəxsi təbiətə vurduğu maddi ziyanın məbləğinin 1 067 manat olduğu müəyyən edilib. Fakt üzrə Lənkəran XPŞ-də araşdırma aparılır
"Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən bir daha xəbərdarlıq olunur ki, həyata keçirilən profilaktik və nəzarət tədbirləri çərçivəsində qeyri-qanuni balıqçılıq və ovçuluq, qanunsuz ov alətlərindən istifadə, su sahəsinin çirkləndirilməsi və digər hallar aşkarlandıqda təqsirkar şəxslərə qarşı Cinayət və İnzibati Xətalar Məcəllələrində nəzərdə tutulan qaydada cəza, eləcə də cərimələr tətbiq ediləcək. Eyni zamanda vətəndaşlardan Xəzər dənizində, su hövzələrində və qoruqlarda, eləcə də milli parklarda hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinə və ya yerli polis orqanlarına məlumat vermələri xahiş edilir", - məlumatda qeyd olunub.
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı