Lənkəranda traktor avtomobillə toqquşdu: Xəsarət alanlar var
Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
KONKRET.azxəbər verir ki, hadisə Ələt-Astara magistralının Lənkəran rayonun Qurumba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Rayonunun Cil kənd sakini 2002-ci il təvəllüdlü Sübhan Salam oğlu Həbibzadənin idarə etdiyi traktor Astara rayonunun Şümrüd kənd sakini, 1990-cı il təvəllüdlü Nahid Şadoğlan oğlu Məmmədovun idarə etdiyi "Mitsubishi" pikap markalı avtomobilə çırpılıb.
Zərbənin təsirindən traktor aşıb. Tarktorun sürücüsü, eləcə də pikapda olan sərnişinlər, Astara rayonun Pəlikeş kənd sakinləri, sürücünün qardaşı 1986-cı il təvəllüdlü Mövlud Şadoglan oğlu Məmmədov və həmkəndlisi 1978-ci il təvəllüdlü Araz Qulamhüseyn oğlu Əzimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.//Report

Yay Dəli-Dolu gəlir
Azərbaycanda yumurta ucuzlaşdı - 1 qəpiyə satılır
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
Azərbaycanda orta aylıq maaş artdı - Amma
Anar İsrafilov vəzifədən getdi
Brüsseldən Rusiya ilə bağlı Ankaraya ŞOK TƏLƏB
Azercell-in "Premium" abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edildi
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Zaqatalada su hovzunu təmir edən kişi yanıb
Pezeşkian onunla ABŞ ilə aparılan danışıqları müzakirə etdi
Dünya bu tarixdə tam qaranlığa qərq olacaq
Bu gün yay Azərbaycana daxil olacaq
Yay aylarında bu balıqları yeməyin
Avroviziya' qalibi Bakıya gəlməkdən imtina etdi