Leobank artıq 300 000 müştəriyə sahibdir

Leobank artıq 300 000 müştəriyə sahibdirAzərbaycanda internet bankçılıq fəal şəkildə inkişaf edir, bu da bazara yeni oyunçuların daxil olmasına köməklik edir. Məsələn, Leobank – "Unibank"ın təqdim etdiyi yeni mobil bankçılıq xidməti.
Müasir insanı bank kartı və smartfonsuz təsəvvür etmək mümkün deyil. Bu, təkçə rahatlıq demək deyil, bu həm də dünyanın hansı nöqtəsində olmağınızdan asılı olmayaraq həyatı xeyli asanlaşdıran bir məqamdır. Filiallardan, nümayəndəliklərdən və sənədləşmə işlərindən asılı olmayan onlayn bank olduqda isə, hər şey ikiqat asanlaşır.
Bəs mobil bankdırsa, kartı necə əldə etmək olar? Cavab sualın özündədir. Android və IOS istifadəçiləri üçün Leo tətbiqini yükləmək kifayətdir. Daha sonra üç dəqiqədən çox çəkməyən və minimum sayda sənəd tələb edən sadə qeydiyyat aparılır. Sonda isə kartı qəbul etmək üçün uyğun vaxt və yeri qeyd edin. Bəli, kart bank əməkdaşı tərəfindən çatdırılacaq və ya Unibank-ın sizə rahat olan filialından götürə bilərsiniz!
Kart asanlıqla ApplePay-ə əlavə edilir, ona görə də kartınız evdə qalsa belə, onlayn bank daim cibinizdədir. Ama çətin ki, siz ondan ayrılasınız – dəbli dizayn, zərif qara rəng diqqətsiz qalmaz.
Bəs "Leobank" müştəriləri başqa nə ilə cəlb edə bilər?
Rahat tətbiqdən əlavə, bank müştərilərinə bir neçə sərfəli təkliflər təqdim edir. Onlardan biri, cashback sistemidir. Bəli, bununla bu gün kimisə təcübləndirmək çətindir, lakin bankın partnyorluq proqramı təkmilləşdirilir və dünyanın istənilən yerində etdiyiniz alış-verişlərə görə bonuslar təqdim edir. Kateqoriyaları seçərək, xərclərin 20%-ə qədərini hesaba geri almaq mümkündür.
Bundan əlavə, onlayn bank – istifadəçilərlə gecə-gündüz əlaqədə olmaq deməkdir. Nəinki həmişə cavab verməyə hazır olan əməkdaşlar, həm də suallarınıza başa düşülən, sadə bir dildə cavab alacaqsınız. Leo-nun dəstək xidməti həm zənglərdə, həm də WhatsApp, Telegram, Instagram, Messenger Facebook-da mövcuddur.
Həmçinin, İnternet bankçılıq istifadəçilər arasında sürətli pul köçürmələrinə imkan verir. Leobank kartına pul göndərdikdə, əməliyatlara görə komissiya tutulmur. Əgər köçürməni alan şəxs yaxındadırsa, kartın nömrəsinə ehtiyac yoxdur. Bu, qeyri adi görünə bilər, lakin bu sadəcə onlayn bankın əlavə etdiyi yeni bir xidmətdir – Shake to Pay.
Bu necə işləyir:
smartfonlarda Leo tətbiqini açın;
telefonları silkələyin;
tətbiq yaxınlıqda olan istifadəçini göstərəcək;
sizə lazım olanı seçin və iki kliklə köçürmə edin!
Bəs filial yoxdursa kartın balansını necə artırmaq olar?
Çox sadə. Bunu iki yolla edə bilərsiniz:
Unibank bankomatları vasitəsilə.
MilliOn, E-Manat, Express Pay ödəniş terminallarının vasitəsilə.
Balansı artırdıqda heç bir komissiya tutulmur. Yeri gəlmişkən, siz həm də pulu faizsiz nağdlaşdıra bilərsiniz, bunun üçün sizə Unibank bankomatı yetərlidir. Tətbiqdə sizə yaxın olan bankomatların siyahısı var və bu sizin işinizi xeyli asanlaşdıracaq.
Gördüyünüz kimi, Leo müştərisi olmaq nəinki çox asan, həm də sərfəlidir.

İqtisadiyyat       Tarix: 28 aprel 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler axsam az xeberler siyaseti xeberler bugun valyuta mezennesi 2026