Leonid Kalaşnikov: "Vladimir Putin və İlham Əliyev hər şeyi anlayırdılar, təkcə Paşinyan başa düşmürdü
Leonid Kalaşnikov: "Vladimir Putin və İlham Əliyev hər şeyi anlayırdılar, təkcə Paşinyan başa düşmürdü"
"Bunu təkrarlamağı dayandırmayacağam: Təəssüf ki, Minsk qrupu nədənsə münaqişəni həll etməyə qadir bir quruluş kimi qəbul edilirdi. Bir çox rusiyalı mütəxəssis və siyasətçi də belə düşünürdü. Minsk qrupundan imtina etməyə çağırdığım üçün məni qınayırdılar".
Bu sözləri Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan bəyanatla bağlı fikirlərini Media.Az-a şərh edərkən bildirib.
O, bunun çoxdan gözlənilən olduğunu vurğulayıb:
"Başqa necə olmalı idi ki? Xüsusilə Fransa münaqişə tərəflərindən birinə dəstək olmaqla əsl simasını göstərdi. Elə ABŞ da konkret bir mövqe tuta bilərdi, sadəcə onlar bu hayda deyildilər. Bəs bu əlaqə qrupu niyə saxlanılmalıdır?"
O, Rusiyanın bu formatda münaqişənin ədalətli həllinə təsir göstərə bilmədiyini qeyd etdi.
"Yaxşı ki, bu həll oldu, amma heyif ki, böyük qurbanlar bahasına. Təsəvvür edin ki, məsələ yenidən Minsk qrupuna həvalə edilsəydi, nə baş verəcəkdi? Sonsuz görüşlər, söhbətlər, süründürməçilik... Bunların hamısını Rusiya və Azərbaycan prezidentləri mükəmməl anlayırdılar, ancaq Ermənistanın Baş naziri Nikol Paşinyanın simasında üçüncü tərəf başa düşmürdü", - deyə rusiyalı deputat vurğulayıb. /oxu.az

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."