Lerikdə təhlükəli sürüşmə ərazisində yerləşən evlərin köçürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Lerikdə təhlükəli sürüşmə ərazisində yerləşən evlərin köçürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMAAMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin əməkdaşları Lerik rayonunun Lərmərud sürüşmə zonasında elmi tədqiqat işləri aparıblar.
İnstitutdan "Report"a verilən məlumata görə, mütəxəssislər sürüşmənin baş verdiyi Lerikin Haftoni, Lərmərud, Nücü, Davidoni, Vamazğın və s. irili-xırdalı kəndlərinin yerləşdiyi Dırığ bölgəsi adlanan ərazisində landşaft ekoloji şəraiti tədqiq ediblər.
Onların bildirdiyinə görə, Lərmərud sürüşmə sahəsi Lerik rayon mərkəzindən şimal-şərqdə, Masallı-Yardımlı şose yolunun 21-ci km-dən 7,5 km cənubda, avtomobillərin hərəkəti üçün çox əlverişsiz və çətin keçilən yolun üzərində yerləşir:
"Sürüşmə Lərmərud kəndinin mərkəzindən keçən küçənin şimal-şərqində yerləşən 30-40 dərəcəlik meylliyə malik yamacda baş verib. Sürüşmə baş verən ərazi qədim sürüşmə zonası olduğundan yerli əhali bura "sürüşən yer" adını verib. Tədqiqatçılar buradakı meşəsizləşmiş dağ yamaclarında 7 köhnə sürüşmə sahəsini qeyd ediblər. Belə sahələrin landşaft-ekoloji vəziyyəti ətraf ərazilərdən dalğavarı və təpəli relyefi ilə fərqlənir. Bu ərazidə sürüşmə landşaftları hələ də aktivliyini qoruyub saxlayır.
Sürüşmə baş verən yamaca söykənən həyətyanı evin arxa tərəfində yamac vaxtilə 2 m hündürlüyündə kəsilib. Buna görə də sürüşmə çatları tədricən yuxarıya doğru yayılıb. 1,2 ha əkin sahəsi yararsız hala düşüb, həyətyanı sahə ev tikililəri ilə birlikdə sürüşmə kütləsinin altında qalıb, 4 iribuynuzlu qaramal və 4 buzov, toyuq-cücə tələf olub. Eyni zamanda, kəndin mərkəzindən keçən yol sıradan çıxıb. Hazırda burada 11 ev sürüşmə riskli ərazidə yerləşir. Onların köçürülməsi qaçılmazdır".
Yardımlı-Cəlilabad yolunda, Telavar-Aruz sahəsində xeyli aktiv sürüşmə sahələrini təyin edən coğrafiyaçılar ərazinin landşaft-ekoloji, geoloji və geomorfoloji cəhətcə aktiv sürüşmə sahəsi kimi fərqləndiyi qeyd ediblər. Alimlər insanların həyat fəaliyyəti üçün risk yaradan sürüşmələrə qarşı ekoloji tarazlığın qorunması, meşə ekosisteminə müdaxilənin azaldılması və nəhayət, bələdiyyə ərazisində irimiqyaslı landşaft planlaşdırılmasının aparılmasının vacibliyini diqqətə çatdırıblar.

Sosial       Tarix: 12 may 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber az hava proqnozu kriminal xeberler son xabarlar