Leyla Əliyeva Qubada "Səkinə xanım" məscidini ziyarət edib - FOTOLAR
Martın 18-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qubaya səfəri zamanı "Səkinə xanım" məscidini ziyarət edib.
azxeber.com xəbər verir ki, məscidin imamı Hacıhəmdulla Dəniyarlı Leyla Əliyeva bu ibadət ocağı barədə məlumat verib.
Bildirilib ki, Quba şəhərindəki "Səkinə xanım" məscidi Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək məqsədilə həyat yoldaşı Səkinə xanım tərəfindən 1854-cü ildə tikdirilib.
Hündürlüyü 27 metr olan tarixi məscid dördbucaqlı formadadır. 1930-cu illərdə məscid sovet hakimiyyəti tərəfindən bağlanaraq, ətrafındakı mədrəsə və köməkçi binalar dağıdılıb. Daha sonra məsciddən anbar kimi istifadə olunub. Bir müddət sonra isə burada tikiş sexi fəaliyyət göstərib.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bura yenidən məscid kimi istifadəyə verilib. Məscid əsaslı şəkildə təmir olunub, dəstəmazxana və digər köməkçi binalar inşa edilib.
Hazırda "Səkinə xanım" məscidi ölkə əhəmiyyətli tarixi abidə kimi dövlət qeydiyyatındadır.






Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
Doğum gününüz haqqınızda nə deyir