Leyla Əliyeva və Arzu Əliyevanın Naxçıvan səfəri Ordubad rayonunda davam edib

Leyla Əliyeva və Arzu Əliyevanın Naxçıvan səfəri Ordubad rayonunda davam edibHeydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və ailə üzvlərinin Naxçıvan Muxtar Respublikasına səfəri Ordubad rayonu və ətraf bölgələri əhatə etməklə davam edib.
Səfərin ikinci günündə onlar qədim tarixə, zəngin mədəniyyətə və unikal coğrafi landşafta malik olan bu regionun irsi ilə daha yaxından tanış olublar.
Səfər çərçivəsində ilk olaraq Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvanın mənəvi-simvolik məkanlarından biri sayılan, dini-tarixi baxımdan mühüm əhəmiyyət kəsb edən Əshabi-Kəhf ziyarətgahına baş çəkiblər. Burada onlar "Damcıxana" və ziyarətgah ərazisində yerləşən müxtəlif müqəddəs yerlərlə tanış olub, ziyarətə gəlmiş yerli sakinlərlə səmimi söhbətlər aparıb, xatirə şəkilləri çəkdiriblər.
Daha sonra Ordubad şəhərinə yola düşərək bir sıra tarixi, dini və mədəni obyektlərlə tanış olublar. İlk olaraq şəhərin simvollarından biri olan Ordubad Cümə Məscidi ziyarət edilib. Ardınca "Qeysəriyyə" Tarix-Diyarşünaslıq Muzeyində Ordubadın tarixi, mədəni irsi və sənətkarlıq ənənələrini əks etdirən eksponatlara baxış keçirilib.
Səfər Sərşəhər küçəsində yerləşən bir sıra mədəni abidələrin ziyarəti ilə davam edib. Leyla Əliyeva və Arzu Əliyeva tarixi baxımından əhəmiyyətə malik "Sərşəhər Məscidi" ilə tanış olublar.
Daha sonra Sərşəhər Meydanındakı orqanik bazarda Ordubadın özünəməxsus yerli məhsulları, müxtəlif növ milli şirniyyatlar, mürəbbələr, quru meyvələr, bitki ekstraktları, dərman bitkiləri, bal və arı məhsulları, həmçinin Ordubada məxsus qayğanaq və məşhur Ordubad limonu təqdim olunub. Həmçinin meydanda yerləşən və əsrlərlə yaşı olan qədim çinar ağacı Ordubadın təbiət və tarix vəhdətini əks etdirən rəmzlərdən biri kimi vurğulanıb. Gəzinti zamanı onlar meydan ərazisində yerli sakinlərlə xoş ünsiyyət qurub, xatirə şəkilləri çəkdiriblər.
Ardınca Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunun Vənənd kəndində yaşayan Əkbərovlar ailəsinin qonağı olublar. Onlar ailənin limonçuluq üzrə fəaliyyət göstərən kiçik aqrotəsərrüfatına baş çəkib, burada xüsusi qulluqla yetişdirilən Ordubad limonu və onun becərilmə prosesi ilə yerində tanış olublar. / azxeber.com

Siyasi       Tarix: 04 may 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son vəziyyət cəbhədən son məlumatlar sonxəbər son xeberler bugun 2026 muharibe