Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda forum keçirilib - FOTO
Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda forum keçirilib - FOTO
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda RAGB-nin Regionlararası forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə təşkilatın Cənubi və Şimali Qafqaz federal bölgələrindən 10 nümayəndəliyi iştirak edib.
Tədbir zamanı iştirakçılar "Volqoqrad-Bakı" dostluq parkını ziyarət edib, burada ümummilli lider Heydər Əliyevin abidəsi və həmçinin İkinci Dünya müharibəsi qəhrəmanlarının monumenti önünə gül dəstələri qoyublar.
Sonra "Siti Holl"da RAGB-nin Bölgələrarası forumunun təntənəli açılışı olub. Müzakirələr zamanı bölgələrdə Azərbaycan gəncliyinin hərtərəfli inkişafına yönəlmiş və yaxın gələcəkdə həyata keçiriləcək layihələrin ümumi hədəfləri, planları qeyd edilib. Tədbirin fəxri qonaqları Volqoqrad vilayətinin millətlər və kazaklar Komitəsinin mütəxəssisi Yuliya Pimenova və "Vahid Rusiyanın Gənc Qvardiyası"nın Volqoqrad şöbəsinin müdiri, "Vahid Rusiya" partiyasının Gənclər Parlamenti sədrinin müavini Vladislav Uşakov olublar.
Forum Volqoqradın Krasnooktyabrsk rayonunun 16 nömrəli orta məktəbində Dostluq Xiyabanının salınması ilə davam edib. RAGB-nin nümayəndələri və məktəbin şagirdləri ağacəkmə tədbirində iştirak ediblər.
Qeyd edək ki, tədbirin digər federal bölgələrdə də keçirilməsi gözlənilir.





Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar