Limon mürəbbəsi ilə qışa hazır olun
Limonun faydalarını saymaqla bitməz.
Milli.Az axşam.az-a istinadən bildirir ki, C vitamini ilə zəngin olan bu meyvənin mürəbbəsi də sağlamlıq üçün olduqca faydalıdır. Xüsusilə də, qış aylarında orqanizmimizin bu vitaminə ehtiyacı daha çox olur. Limondan hazırlanan mürəbbə immuniteti artırır, əhval ruhiyyəni yaxşılaşdırır.
Lazım olanlar:
4 ədəd limon
2 fincan şəkər tozu
1 fincan su
Hazırlanması:
Limonlar yuyulur, qabığı soyulur. Xırda dilimlərə bölünür, üzərinə şəkər tozu əlavə edilib saxlanılır. Limonların su salmasını gözlədiyiniz müddətdə limon qabıqlarının üzərinə qaynar su əlavə edilir, 5 dəqiqə sonra suyu süzülür. 3 dəfə təkararlanır. Daha sonra sulanan limon-şəkər tozu qarışımının üstünə həmin su tökülüb qaynadılır.
Qaynamağa başlayanda xırdalanmış limon qabıqları da əlavə edilir.
Ara-sıra qarışdıraraq, 40 dəqiqə vam odda bişirilir. Soyuduqdan sonra şüşə qablara yığılıb soyuducuda saxlanılır.
Nuş olsun!
Milli.Az /news.milli.az

Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bərdədə 71 yaşlı qadın faciəvi şəkildə öldü
Biləsuvarda toyda bıçaqlanma: saxlanılan var