Lombarddan pul götürənlərə XƏBƏRDARLIQ
Bu gün kredit insanlar üçün təkcə investisiya aləti deyil, həm də hansısa problemin müvəqqəti həll yoludur. Ona görə də iş qurmaq istəyən də, işini genişləndirmək istəyən də və hətta hansısa borcunu bağlamaq istəyən də üzünü kreditorlara tutur.
Təbii ki, maliyyə bazarında da müxtəlif oyunçular var. Onların da bu məsələyə öz yanaşmaları var. Məsələn banklar etimadı itirmiş, gecikməyə görə adı "qara siyahı"ya düşmüş şəxslərə kredit vermir. Belə vəziyyətdə vətəndaş lombardlara üz tutur. Lombardlarda isə kredit faizləri çox yüksək olur. Əgər banklarda illik faiz dərəcələri ortalama 15-20-dirsə, lombardlarda bu göstərici ən azı iki dəfə yüksəkdir.
Bəs, lombardlarda kredit faizi niyə bu qədər yüksəkdir?
azxeber.com xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Əkrəm Həsənov deyib ki, lombardların pulunun maya dəyəri bahadır:
"Banklar ucuz pul mənbələrinə çıxışa malikdirlər. Mərkəzi Bankdan uçot faizi ilə kredit götürə bilirlər. Əmanətlər cəlb edirlər. Digər mənbələrdə də banklar vəsait əldə edə bilirlər. Ona görə də banklar daha ucuz kredit təklif edir. Bank olmayan kredit təşkilatlarında da kredit faizləri banklarla müqayisədə daha bahadır.
Çünki onların da ucuz pula çıxışı yoxdur. Onlar əsasən banklardan kredit götürürlər. Ona görə də BOKT-ların verdiyi kreditlərin də faizi kifayət qədər yüksək olur. Lombardların isə ümumiyyətlə vəsaitləri az olur. Onların ucuz vəsaitə çıxışları az olduğu üçün kredit faizləri yüksək olur".

Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu