Lotereyadan rekord uduşları kimlər qazanıb?

Lotereyadan rekord uduşları kimlər qazanıb?Hər bir insanın xəyallarında gözlənilmədən milyonlarla pul qazanmaq arzusu var. Lotereya oyunları isə bu arzunu gerçəyə çevirmək üçün ən böyük fürsətlərdən biridir. Dünyanın müxtəlif ölkələrində keçirilən tirajlı lotereya oyunlarında milyonlarla insan şansını sınayır və bəziləri isə həyatlarını köklü şəkildə dəyişən böyük uduşlar qazanırlar. Azərbaycanda da bu oyunlara maraq böyükdür və zaman-zaman yerli iştirakçılar da gözlənilməz qələbələrə imza atıblar. Bu məqalədə dünya və Azərbaycan tarixində qazanılan ən böyük lotereya uduşlarını, onların sahiblərini və bu uğurun onların həyatına necə təsir etdiyini araşdıracağıq.
Tarixin ən böyük cekpotları
1-ci yer - 2 milyard dollar
2022-ci ilin noyabrında ABŞ-ın Powerball lotereyasında bütün dünyada rekord olacaq 2 milyard dollar uduş oynanılıb. Qalib isə Kaliforniyadan olan Edvin Kastro adlı şanslı sadə vətəndaş olub. O, şəxsi həyatını qorumaq üçün mükafatlandırma mərasiminə qatılmayıb, həmçinin təşkilatçılara pulları necə və hara xərcləyəcəyi barədə də heç bir məlumat verməyib. 
Lotereyadan rekord uduşları kimlər qazanıb?2-ci yer – 1,765 milyard dollar
2023-cü ilin oktyabrında Powerball-da 1,765 milyard dollarlıq cekpot oynanılıb. Xoşbəxt qalib ictimaiyyətə təqdim edilməsə də, onun Kaliforniya vətəndaşı olduğu dəqiqləşib. Çünki dünyada, eləcə də Azərbaycanda qanunvericiliyə görə lotereyada qalib olan şəxsin gizli qalmaq seçimi var. Burada könüllülük prinsipinin tətbiqinə ehtiyacın sosial-psixoloji faktorlarla əlaqəli olduğu bildirilir.
Lotereyadan rekord uduşları kimlər qazanıb?3-cü yer – 1,602 milyard dollar
Dünyanın 3-cü ən böyük udulan cekpotu 1,602 milyard dollar olub. 2023-cü ilin avqustunda MegaMillions lotereyasındakı bu uduşu qazanan Florida vətəndaşı mükafatını birdəfəlik 878 milyon dollar nağd ödəniş olaraq alıb. 
Avropa lotereyasında rekord uduş
Avropanın ən məşhur lotereyalarından biri olan EuroMillions-da da böyük uduşlar qeydə alınıb. Ən böyük cekpot 2022-ci ilin iyulunda Böyük Britaniyada oynanılıb və 230 milyon avro olub. Qalib anonim qalmağı seçib. 2020-ci ilə qədər maksimum uduş 190 milyon avro olub və bu məbləğ lotereyanın başladığı 2004-cü ildən bəri dörd dəfə qazanılıb. 
Lotereyadan rekord uduşları kimlər qazanıb?Çilingərlikdən milyarderliyə - Rusiyadakı bəxtəvərlər
Moskva ətrafında yaşayan Nadejda Bartoş övladlarının ona doğum günü münasibətilə aldıqları "Rus Lotto" biletindən 1 milyard rubl udaraq, Rusiyanın lotereya tarixində ən yüksək cekpot qazanmış şəxs kimi tarixə düşüb. 
Lotereyadan rekord uduşları kimlər qazanıb?Rusiyada ikinci lotereya milyarderi isə Nijni Novqoroddan olan çilingər Aleksandr Zemskov olub. Qalib olması xəbərinə inanmadığından düz 2 ay uduşunu rəsmiləşdirmək üçün Moskvaya gəlməyib. 
Lotereyadan rekord uduşları kimlər qazanıb?Azərbaycanda ən böyük uduşlar
Ölkəmizdə lotoreya oyunları əsasən 90-cı illərin ortalarından populyarlaşmağa başlayıb. "Şeş Qoşa", "Bəxt oyunu" "Səadət təkəri", "Yeni binqo", "Ailə sevinci", "Piramida", "Avto- şou", "5/36", "Taleh açarı" böyük marağa səbəb olaraq, dövrünün geniş yayılmış tirajlı lotereyalarına çevrilib. Bu lotereyalardan yüksək məbləğli cekpotlar, avtomobillər, mənzillər və yüzlərlə müxtəlif məişət əşyası qazananlar da az olmayıb. 
Qeyd edək ki, 2001-ci ildə "Azərlotereya" ASC-nin yaradılması ilə Azərbaycanda lotereya fəaliyyəti təkmilləşib, vətəndaşların hüquq və mənafelərinin qorunmasına, lotereyaların keçirilməsindən dövlət büdcəsinə daxil olmaların artırılmasına başlanılıb. Bəs bu günə kimi ölkəmizdə ən böyük uduşlar qazanan həmin şanslılar kimlər olub? 
"4+4" tirajlı lotereyasında tarixi cekpot
Azərbaycanın lotereya tarixində ən böyük cekpot – 1 milyon manata yaxın məbləğlə Xaçmaz sakini Kamran Məmmədsəidova nəsib olub. O,"4+4" tirajlı lotereya oyununda 913 072 AZN qazanaraq yaddaşlarda qalıb. 
Həmin vaxt verdiyi müsahibədə "yuxuda bir milyon manat udduğumu görmüşdüm" deyən Kamran yenidən qalib olacağını inamla təkrarlayıb və adını ölkənin ən bəxtəvər lotereya iştirakçısı kimi tarixə yazdırıb.
Lotereyadan rekord uduşları kimlər qazanıb?İnanmaq işin yarısıdır, deyirlər. Cəmi 2 ay kimi qısa müddət sonra Kamranın yuxusu çin olub. O, bu dəfə "Super Keno"da şansını sınayıb və böyük uduş – 100 000 manat qazanaraq milyonçu olmaq arzusuna çatıb.
Bəxtəvər qalib daha sonra verdiyi müsahibədə bu uduşu qazanacağını da bir neçə gün əvvəl yuxusunda gördüyünü deyib. Ondan uğurunun sirri barədə soruşduqda bunu inamla əlaqələndirib. Digər oyunçulara nə tövsiyə edərdin sualına isə cavabında eyni rəqəmlərlə oynamağı məsləhət görüb. Özü də oyun strategiyasının eyni rəqəmlərlə oynamaq olduğunu açıqlayıb. Yeri gəlmişkən, Kamran Məmmədsəidov nə vaxtsa üçüncü dəfə də böyük uduş qazanacağına inandığını gizlətmir. Bunun reallaşıb-reallaşmayacağını isə zaman göstərəcək.
Lotereyadan rekord uduşları kimlər qazanıb?530 359 manatlıq cekpot
2023-cü ildə "4+4" tirajlı lotereyasında növbəti cekpot qazanılıb. 530 359 manatlıq cekpot Saatlı sakini 43 yaşlı Sakin Hüseynova qismət olub. Ara-sıra lotereyada bəxtini yoxlayan Sakin bəyə qonaq getdiyi Saatlıda şans üzünə gülüb. Sevincini bölüşən şanslı qalib qazandığı pulla özünə ev və avtomobil alacağını, övladının velosiped arzusunu yerinə yetirəcəyini bildirib. 
Lotereyadan rekord uduşları kimlər qazanıb?2024-cü ildə isə Qazaxda "Meqa 5/36" lotereyasından 425 364 manatlıq cekpot sahibini sevindirib.
Xəyallarınızı reallaşdırmaq üçün elə indi addım ataraq lotereyada şansınızı sınaya bilərsiniz. Bəlkə də, növbəti bəxtəvər qalib sizsiniz. Şansınızı yoxlamaq üçün bundan gözəl səbəb nə ola bilər? / azxeber.com

İqtisadiyyat       Tarix: 17 yanvar 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

"Trendyol" və "Temu"da qiymətlər niyə səbətdə artır? - İqtisadçı səbəbləri açıqladı

Son vaxtlar "Trendyol", "Temu" və digər onlayn alış-veriş platformalarında məhsulların qiymətinin səbətə əlavə edildikdən sonra artması alıcılar arasında narazılıq yaradır. İstifadəçilər bildirirlər ki

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla


yeni xeberler azerbaycan xeberleri son xeberler şou biznes xəbərləri kriminal bugun son xeberler 2026 son xeberler bugun