"Lotu Quli"nin nəzarət etdiyi sahələr onlar arasında bölündü
Antalyada qətlə yetirilən azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun ölümündən sonra onun nəzarət etdiyi sahələr artıq bölünməyə başlayıb.
Open.az xəbər verir ki, bu barədə "Kommersant" öz mənbələrinə istinadən məlumat yayıb. İddia olunur ki, "qanuni oğru" Vaqif Süleymanov (Diplomat) Gürcüstandan olan əslən azərbaycanlı biznesmenlərə nəzarət edəcək.
Kriminal avtoritet Cavid Məmmədovun (Dato Ağcabedinski) isə Qulinin idarə etdiyi taksi sürücülərini və pərakəndə satış nöqtələrini ələ keçirəcəyi güman olunur.
Sankt-Peterburqdakı "Sofiya" topdansatış bazasına isə Əli Heydərovun (Albert Rıjiy) nəzarət edəcəyi bildirilib.
Qulinin kriminal aləmdə yüksəlişinin başlandığı Yekaterinburqdakı meyvə-tərəvəz biznesinə isə artıq azərbaycanlı-talış avtoritetləri iddia edirlər. Eyni zamanda bildirilib ki, kriminal aləmin hələ ki, heç bir nümayəndəsi Nadir Səlifovun tutduğu "1 nömrəli qanuni oğru" tituluna iddia irəli sürməyib.
Nəşrdə Qulinin yalnız bir telefondan istifadə edərək Rusiyanın böyük şəhərlərində cinayətkar dəstələr təşkil etdiyi, onların isə Səlifovun əmri ilə əsasən meyvə-tərəvəz ticarəti ilə məşğul olan azərbaycanlı iş adamlarından xərac topladığı bildirilir. Qeyd olunur ki, Lotu Qulinin adamları təkcə biznesmenləri deyil, həm də bu şəhərlərə həyata keçirilən topdansatış ərzaq tədarükünün xeyli hissəsini nəzarətə götürüb.
Xatırladaq ki, Lotu Quli avqustun 19-dan 20-nə keçən gecə Antalyada oteldə yaxın adamı, kriminal avtoritet - 25 yaşlı Xan Əhmədlinski (Xəqan Zeynalov) tərəfindən başından güllələnərək öldürülüb. Onun qətlində daha bir nəfər - 26 yaşlı Əmir Əhmədli də ittiham olunur.(qafqazinfo)

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib