Lukaşenkonun Bakı səfəri: Perspektivdə nələr olacaq? – ŞƏRH

Lukaşenkonun Bakı səfəri: Perspektivdə nələr olacaq? – ŞƏRH Lukaşenkonun Bakı səfəri: Perspektivdə nələr olacaq? – ŞƏRH
Azərbaycanla Belarusun siyasi-iqtisadi münasibətlərində yeni mərhələ başlayır.
Belarus Prezidenti Aleksandr Lukaşenkonun aprelin 13-14-də Bakıya səfəri, onun Azərbaycanın dövlət başçısı İlham Əliyevlə keçirdiyi görüş, liderlərin mətbuata birgə bəyanatlarında səsləndirilən xoşməramlı açıqlamalar əlaqələrin tempini daha da müsbətə doğru dəyişəcəyinin göstəricisidir.
İki liderin müzakirəsində Azərbaycan-Belarus arasında əmtəə dövriyyəsinin şaxələndirilməsi və artırılması çərçivəsində gələcək əməkdaşlığın konkret istiqamətləri müəyyən edilib.
Prezident İlham Əliyev mətbuata birgə bəyanatda bildirib ki, ötən il əmtəə dövriyyəsi xeyli artıb, lakin bu əsas etibarilə Belarusa xam neftin çatdırılması hesabına mümkün olub.
2019-cu ildə Azərbaycanla Belarus arasında idxal-ixrac əməliyyatlarının dəyəri 227 milyon dolları ötüb, bu da 2018-ci illə müqayisədə 23 milyon dollar çoxdur.
2020-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 262 milyon dollardan çox olub.
İndi əlaqələrin şaxələndirilməsi ideyası daha çox məhsulun ixrac-idxalı ilə bağlı portfelin nəzərdən keçirilməsi deməkdir.
Bu, artıq hər iki ölkələrin hökumətlərinin iqtisadi blokları tərəfindən müəyyənləşəcək.
Digər məsələ isə Belarusun Qarabağdakı bərpa proseslərində iştirakıdır. İlham Əliyev qeyd edib ki, Aleksandr Lukaşenko ilə işğaldan azad olunmuş ərazilərin bərpasında bir sıra istiqamətlər üzrə - həm şəhərsalma, həm infrastrukturun yaradılması, kənd təsərrüfatının inkişafı sahələrində Belarus şirkətlərinin gələcək iştirakı ilə bağlı məsələləri ətraflı müzakirə edib.  
"Biz Belarusun aqroşəhərciklər yaradılması sahəsində təcrübəsini geniş müzakirə etdik. Mən Aleksandr Qriqoryeviçə məlumat verdim ki, Qarabağ "yaşıl enerji" zonası elan edilib və birinci "ağıllı kənd" layihəsi praktiki olaraq həyata keçirilməyə hazırdır. Əlbəttə, bu sahədə Belarusun təcrübəsi nəzərə alınmaqla bu istiqamətdə işləmək çox maraqlı olardı", - deyə İlham Əliyev əlavə edib.
Bundan başqa Azərbaycanla-Belarus arasında sənaye kooperasiyası istiqamətində də əlaqələrin genişlənməsi gözlənilir.
Belə ki, "Yaşıl Qarabağ zonası" konsepsiyası çərçivəsində elektrobusların istehsalı da nəzərdə tutulur.
Həmçinin alternativ enerji mənbələri yaradılmasında Belarus şirkətlərinin iştirakı nəzərdən keçirilir.
Gələcəkdə Belarusun Azərbaycandakı bərpa işlərində hansı formada iştirak edəcəyi dəqiq müəyyən ediləcək.
Aleksandr Lukaşenko isə koronavirusa qarşı peyvəndlərin Azərbaycanla birgə istehsalının mümkünlüyünə diqqət çəkib. Belə ki, Belarus Rusiyanın "Sputnik V" texnologiyası əsasında vaksin istehsal edir.
"Biz ölkədə yarım milyon doza vaksin istehsal edəcəyik. Bu qədər vaksini özümüz istifadə edə bilməyəcəyik. Bu vaksini Azərbaycanla bölüşməyə hazırıq",-deyə Aleksandr Lukaşenko bildirib.
Nəticə kimi demək olar ki, ölkələr arasındakı cari və gələcək münasibətlər siyasi-iqtisadi əlaqələrdə yeni perspektivlər açır.
Aqşin Kərimov /oxu.az

Siyasi       Tarix: 15 aprel 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeberler cebheden xeberler xeberler bugun 2026 dunya xeberleri