Lyudmila Marçenko: "Ermənistanla dostluq qrupunun əleyhinəyəm" - MÜSAHİBƏ

Lyudmila Marçenko: "Ermənistanla dostluq qrupunun əleyhinəyəm" - MÜSAHİBƏLyudmila Marçenko: "Ermənistanla dostluq qrupunun əleyhinəyəm" - MÜSAHİBƏ
Osmanlı İmperiyasında "erməni soyqırımı" hadisəsi, daha doğrusu, Ukrayna Xarici İşlər Nazirliyinin bu ifadədən istifadə etməməklə bağlı tövsiyəsi ölkədə öz işini görür. Daxili İşlər naziri Arsen Avakov Kiyevin tövsiyələrinə qarşı çıxaraq, "Twitter" hesabında "erməni soyqırımı" qurbanlarına hörmət etməyə çağırıb.
Xatırladaq ki, bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi "erməni soyqırımı" ifadəsini işlətməməyi tövsiyə edən məktub göndərmişdi. Rəsmi Kiyev üçün motivasiya başa düşüləndir - Türkiyə Ukraynanın mühüm tərəfdaşıdır, Ermənistan isə BMT-də Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyib.
Media.Az Ali Radanın Qaydalar, deputat etikası və işin təşkili komitəsinin üzvü, Azərbaycan Respublikası ilə Parlamentlərarası münasibətlər qrupunun həmsədrinin müavini və Türkiyə Respublikası ilə Parlamentlərarası əlaqələr qrupunun üzvü Lyudmila Marçenko ilə söhbət edib.
Lyudmila Marçenko: "Ermənistanla dostluq qrupunun əleyhinəyəm" - MÜSAHİBƏ- Ukraynanın Daxili İşlər naziri, ölkənin Xarici İşlər Nazirliyinin tövsiyələrinə zidd olaraq "erməni soyqırımı" ifadəsini işlətdi. Niyə Ukraynada, ümumiyyətlə, ortaq mövqe yoxdur?
- Təəssüf ki, bu gün ortaq mövqe ola bilməz. Ukraynada bir çox diasporların nümayəndələri yaşayır, fərqli qüvvələr parlamentdə təmsil olunur. Xanım Darya Volodina emosional çıxışı ilə bunu sübut edib (Ali Radanın deputatı ölkənin Xarici İşlər Nazirliyinin "erməni soyqırımı" ifadəsini işlətməməsi tövsiyəsindən hiddətini ifadə edib - red.).
Mən Ukrayna ilə Azərbaycan və Türkiyə arasında parlamentdəki dostluq qruplarının nümayəndəsi olaraq, bunun necə ola biləcəyini anlamıram. Ümumiyyətlə, Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyən ölkə olan Ermənistanla dostluq qrupunun əleyhinəyəm.
Bəli, Ukraynada böyük erməni diasporu var, amma ölkəmizin rəyi və mövqeyi hörmətlə qarşılanmalıdır. "Xalqın xidmətçisi" fraksiyasının və bütövlükdə, partiyanın fikri budur ki, heç bir "erməni soyqırımı"ndan söhbət gedə bilməz. Bu, çox incə bir məsələdir. Cənab Arsen Avakovun mövqeyinə gəlincə, bildiyimə görə, o ermənidir. Vəziyyətə dair öz yanaşmasının olduğu aydındır. Ancaq bir məmur olaraq neytral olmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, o, nə partiyanı, nə də prezidenti təmsil etmir.
Onun belə bir fikir bildirmək hüququna sahib olub-olmaması Prezident Aparatı tərəfindən mühakimə olunmalıdır. Ancaq mənim şəxsi fikrim budur ki, bir insan ölkəni təmsil edirsə, o zaman daha diplomatik olmalıdır.
- Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Baş nazirin islahatlar üzrə müavini vəzifəsinə təyin olunması mövzusuna toxunmaya bilmərəm. Aprelin 24-də hətta fraksiyanın iclası keçirildi. Lakin sonda Mixail Saakaşvili keçmədi. Nə baş verdi? Yeri gəlmişkən, məlumdur ki, Mixail Saakaşvili Arsen Avakovun rəqibidir. Pyotr Poroşenko hələ prezident olduğu dövrdə hökumət iclaslarının birində onların münaqişəsini xatırlatmaq kifayətdir. Bəzi ekspertlər hesab edir ki, Mixail Saakaşvili hökumətdə Arsen Avakova qarşı təyin edilir...
- Bəli, aprelin 24-də fraksiyanın iclasını keçirdik. Mixail Saakaşvilini eşitməyə, dinləməyə gəldik. Ancaq mənə elə gəldi ki, o qədər də inandırıcı deyildi. Ona islahatlar, hansı tədbirləri görəcəyi ilə bağlı suallar verildi. Nəzəriyyə var idi, amma təcrübə yoxdur. Danışmaq və etmək iki fərqli şeydir. Buna görə, bu məsələnin təxirə salınması qərara alındı ​​(Mixail Saakaşvilinin təyinatını – red.).
Ən əhəmiyyətlisi, Gürcüstanın mövqeyi nəzərə alınmalıdır. Əgər Mixail Saakaşvili belə bir mövqe əldə edərsə, Tbilisi səfirini geri çağırmağa hazırdır. Gürcüstanla diplomatik münasibətləri pozmaq istəmirik. Beləliklə, vəziyyəti gərginləşdirməmək üçün məsələnin müzakirəsini təxirə saldıq. Danışıqlar aparmaq lazımdır. Hər halda, fraksiyanın iclasında Mixail Saakaşvilidən dəqiq cavab eşitmədik.
- Bəs niyə Ukrayna prezidenti Mixail Saakaşvilini Baş nazirin müavini vəzifəsinə məsləhət bildi?
- Yaxşı sual verirsən, onda mən də soruşum. Bunu Vladimir Aleksandroviç Zelenskidən soruşa bilərdik, amma o, fraksiyanın iclasında yox idi. Şəxsən mənim cavabım yoxdur. Mixail Saakaşvili ictimai insandır. Bəs əsl rolu nədir? İslahatçı, yoxsa populist? Mixail Saakaşvilinin şöbəsi hansı nazirliyə aid olmalıdır? Bu suallara cavabımız yoxdur. Buna görə, görüşün təxirə salınmasına qərar verildi.

Siyasi       Tarix: 25 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Ceyhun Bayramov: Rusiya ilə münasibətlər tam normallaşıb

Yaxın keçmişdə ikitərəfli münasibətlərimizdə müəyyən çətinliklərlə üzləşmişdik. xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib

Rusiya elitası Bodruma nə üçün yığıldı? - SENSASİON DETALLAR

Türkiyənin Egey dənizi sahilləri, xüsusilə Bodrumun turizm mərkəzləri son günlər Rusiyanın ən varlı simalarının və Kremlin yüksək eşalonuna yaxın şəxslərin lüks gəmilərinin dayanacağına çevrilib. Bölgədəki müşahidələr təsdiqləyi

İlham Əliyev Trampa təşəkkür etdi

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib. -ın məlumatına görə, bununla bağlı dövlət başçısının sosial media hesablarında paylaşım edilib. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp "Breitbart"

Azərbaycan və Braziliya şəhərsalma sahəsində əməkdaşlığı müzakirə edib - FOTOLAR 

Nyu-Yorka işgüzar səfər çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Braziliyanın Şəhərlər naziri Antônio Vladimir Moura Lima ilə görüşüb. xəbər verir ki, görüş zamanı Azərbaycan, Braziliya

ABŞ İrana zərbə endirsə, nələr baş verəcək? – Politoloqdan açıqlama

ABŞ Prezidenti Donald Trampın İranın infrastrukturuna zərbə endirməklə bağlı təhdidləri gerçəkləşərsə, İran Silahlı Qüvvələri bölgədəki ABŞ hədəflərinə zərbələr endirəcək. Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpus

Pekin Trampın ittihamlarını rədd etdi: ABŞ-a ÇAĞIRIŞ

Çin Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın Pekinin ABŞ seçkilərinə müdaxilə etdiyi barədə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edib. xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jia

Haaretz: İsrail "erməni soyqırımı"nın tanınması ilə bağlı səsverməni buna görə təxirə salıb

İsrail hökumətinin ötən ay təsdiqlədiyi "erməni soyqırımı"nın tanınması ilə bağlı qərar Knessetin səsverməsinə çıxarılmayıb. . bildirir ki, Haaretz qəzetinin məlumatına görə, buna Azərbaycan tərəfi ilə aparıla

Müctəba Xamenei İrandan qaçıb? - Abbas Əraqçidən maraqlı AÇIQLAMA

Müctəba Xamenei İrandan kənarda olduğu müddətdə Tehranda hakimiyyət uğrunda mübarizə yeni səviyyəyə qalxır. İsrail təhlükəsizlik xidmətindəki mənbənin məlumatına görə, İranın ali lideri Müctəba Xamenei ölkə rəhbərliyi daxilind

Britaniyanın yeni baş naziri o olacaq

Böyük Britaniyada Endi Börnhem Leyboristlər Partiyasının lideri seçilib və onun namizədliyi baş nazir postuna irəli sürüləcək. report-a istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri Şabana Mahmud bildirib. "Bi


yeni xeberler azerbaycan xeberleri son xeberler son.xeber metbuat xeberleri bugünki xəbərlər xeberler bugun