Lyudmila Marçenko: "İlham Əliyev Ukraynada müstəsna olaraq uğurlu lider kimi qəbul edilir

Lyudmila Marçenko: "İlham Əliyev Ukraynada müstəsna olaraq uğurlu lider kimi qəbul edilirLyudmila Marçenko: "İlham Əliyev Ukraynada müstəsna olaraq uğurlu lider kimi qəbul edilir"
Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə ilk təbrik edənlərdən biri olaraq, qeyd etdi ki, Azərbaycan özünü regional lider kimi təsdiqləyib və Bakı ilə Kiyev arasında ikitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Ukrayna Ali Radasının Reqlament, Parlament Etikası və İşin Təşkili komitəsinin üzvü, Azərbaycan Respublikası ilə Parlamentlərarası əlaqələr qrupunun həmsədr müavini və Türkiyə Respublikası ilə Parlamentlərarası əlaqələr qrupunun üzvü Lyudmila Marçenko Media.Az-a müsahibəsində bildirib ki, Azərbaycan Ukrayna üçün əsl dost və tərəfdaşdır.
"Söhbət hətta təkcə iqtisadiyyatdan yox, ölkələrin inkişafa dair görüşlərindən və inkişaf istiqamətlərindən gedir. Ukrayna və Azərbaycan bir-birini siyasi cəhətdən dəstəkləyir. Suverenlik məsələsi xüsusilə vacibdir. Beynəlxalq səviyyədə və ya siyasi müstəvidə istənilən qərar ölkənin ərazi bütövlüyü nəzərə alınaraq verilir. Biz Azərbaycanın suverenliyini dəstəkləyirik və Azərbaycan Ukraynanın suverenliyini müdafiə edir", - deyə Marçenko qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Ukraynada zəmanəmizin ən uğurlu liderlərindən biri kimi qəbul olunur. O, öz mövqeyi olan və onu dəyişməyən bir insandır.
"Ukrayna və Azərbaycanın ticarət, nəqliyyat, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində birgə layihələrindən çox məmnunuq. Bundan əlavə, bu yaxınlarda Kiyevdə turizm sahəsində əməkdaşlıq müzakirəsi də aparıldı.
Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ildəki əsas qələbəsi Qarabağdır. Otuz illik işğaldan sonra Azərbaycan torpaqları azad edildi, xalq bunu 30 ildir gözləyirdi. Fürsətdən istifadə edərək Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edirəm, ona möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və bütün planlarının həyata keçirilməsini diləyirəm", - deyə Marçenko bildirib. /oxu.az

Siyasi       Tarix: 24 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bugun oxu.az xeberler kriminal xeberler son xəbərlər bugün 2026