"Maaşını tələb edəndə "problemli aktyor" titulunu alnına yapışdırırlar"
"Son 5 ildə qiymətlər beş dəfə qalxıb, amma film, serial sektorunda hələ də irəliləyiş yoxdur! Təklif gələndə çox yox, son 5 illə müqayisədə, bir az artıq maaş tələb edirsən və 5 il də işsiz qalırsan".
Open.az xəbər verir ki, bu sözləri tanınmış teatr və serial aktyoru Səmimi Fərhad sosial şəbəkədə yazıb.
S. Fərhad aktyorların aldığı qonorarın azlığından şikayətlənib: "Təklif olunan maaşla razılaşıb işləsən belə, onu da vaxtında almırsan, tələb etdikdə isə "problemli aktyor" titulunu alnına yapışdırırlar. Şirkətlər, kanallar işimizi sevdiyimizdən, başqa bir məşğuliyyətimiz olmadığından istifadə edərək az məbləğə işlədiblər və sonda qadağa qoyublar. Üzləri ağ olmuş həmkarlarımızda da o birlik yoxdur ki, ömürlük əziyyət çəkməkdənsə, bir az əziyyət çəkib vəziyyəti düzəldələr. Meydanda tək qalırsan! Bizimlə işləmək istəyib də, işləməyən rejissorları da qınamıram. Ağa deyir sür dərəyə, sürür dərəyə".
O, 4 ildir ki, Xəzər TV-nin "qara siyahı"sında olduğunu söyləyib: "2016-cı ildən Xəzər TV-də qadağam var. "Cehizsiz gəlinlər" serialında 3 ay bir qara qəpik də maaş almadan işlədim. Baş rola təsdiqləndiyim "Nar bağı" adlı bədii filmin iş planını serialın müqaviləsinə əsasən, hətta bir aydan da əvvəl komandaya təqdim etdim. Serialdan ayrılanda isə 3 aylıq maaşımı aldım! Baxmayaraq ki, İslam adlı şəxs tərəfindən məhkəmə ilə bundan sonra səni heç kim çəkməyəcək kimi sözlərlə hədələnirdim.
Və eləcə də digər prodakşnlarla da eyni problemlər... Əlqərəz, bu köhnə məsələləri açmağımda məqsədim "köhnə hamam, köhnə tas" məsəlini yadınıza salmaqdır. Ataların başqa bir yaxşı məsəli də var: "Aclıq bir il gedər, töhmət min il". Odur ki, sözügedən şirkətlərə ehtiyacım yoxdur! Hər şeyin geci, tezi var". /open.az

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq