Macarıstanla təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb - FOTO

Macarıstanla təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb - FOTOMacarıstanla təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb - FOTO
Yanvarın 6-da Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 2021-2023-cü illər üçün "Stipendium Hungaricum" proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, sözügedən Memorandumu Azərbaycan tərəfdən Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev, qarşı tərəfdən isə Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli Səfiri Viktor Szederkenyi imzalayıb. 
Yeni Memorandum çərçivəsində Azərbaycan vətəndaşları Macarıstanda kənd təsərrüfatı və su ehtiyatlarının idarə edilməsi, təbiət elmləri və davamlı inkişaf, turizm, mühəndislik, informasiya texnologiyaları və texnologiyalar, iqtisadiyyat, biznes və idarəetmə elmləri ixtisas istiqamətləri ilə yanaşı tibb elmləri və beynəlxalq münasibətlər sahələri üzrə də təqaüdlü təhsil ala biləcəklər. Eyni zamanda azərbaycanlı gənclər "one-tier" magistr proqramı (bakalavriat və magistratura birgə) təhsil səviyyəsi üzrə də bu ölkənin ali təhsil müəssisələrində təhsil imkanı əldə edə biləcəklər.
Həmçinin ilk dəfə olaraq, Azərbaycan tərəfi Macarıstan vətəndaşları üçün 10 təqaüd yeri təqdim edəcək. Onlar bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq hüququ əldə edə biləcəklər.
Qeyd edək ki, 2015-ci ildən etibarən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında təhsil sahəsində sıx əməkdaşlıq həyata keçirilir. Bu günədək 2015-2017-ci və 2018-2020-ci illər üzrə Azərbaycan vətəndaşlarının Macarıstanda təqaüdlü təhsili ilə bağlı iki iş proqramı həyata keçirilib. Hər iki proqram üzrə ümumilikdə 1000-ə yaxın Azərbacan vətəndaşı Macarıstanın "Budapest University of Technology and Economics", "Corvinus University of Budapest", "University of Szeged", "Eötvös Loránd University", "University of Debrecen" və "University of Pécs" kimi aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün ehtiyac duyulan ixtisas istiqamətləri üzrə təhsil almaq hüququ qazanıb.
Macarıstanla təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb - FOTOMacarıstanla təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb - FOTOMacarıstanla təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb - FOTO

Sosial       Tarix: 06 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbər.az sonxabar bugünkü son xəbərlər valyuta mezennesi banklar