Maddi problemlərə görə teatrdan ayrılan Taleh Yüzbəyov: "Sənət sevgisi ilə ailəmə baxa bilmirdim" - MÜSAHİBƏ

Maddi problemlərə görə teatrdan ayrılan Taleh Yüzbəyov: Maddi problemlərə görə teatrdan ayrılan Taleh Yüzbəyov: "Sənət sevgisi ilə ailəmə baxa bilmirdim" - MÜSAHİBƏ
"Hansı aspektdən baxılırsa baxılsın, necə çəkilirsə çəkilsin, müharibənin yaxşı bir şey olmadığı göstərilməlidir filmlərdə. Müharibə yarımçıq qalmış ömürdür, müharibə yarımçıq qalmış arzudur, kiminsə göz yaşıdır, itkisidir, əlil qalmasıdır"
Maddi problemlərə görə teatrdan ayrılan Taleh Yüzbəyov: Bunu "Kaspi" qəzetininin həmsöhbəti "Zəhər tuluğu" kimi tanınan aktyor, rejissor, ssenarist, videobloger Taleh Yüzbəyov deyir.
"2011-ci ildə teatrdan sırf maddi problemlərə görə ayrıldım. Qardaşım hərbi xidmətdə, anam təqaüddə idi. Mən də sənət sevgisi ilə onlara baxa bilmirdim. Maaşım çox az olduğundan, o pula yaşamaq çox çətin idi. 2011-2017-ci illər arasında məcburən tamam başqa sahələrdə - müxtəlif şirkətlərin satış, marketinq şöbələrində işlədim. Teatrı sevirdim, ömrümü ona həsr etmək istəyirdim, sadəcə ailəmin qarşısında olan öhdəliyim sənətə olan sevgimi üstələdi. Məcbur olub başqa sahəyə getdim".
Taleh bəy deyir ki, həmişə səhnə üçün darıxıb:
"Tamaşaçı kimi həmişə gedirdim. Səhnə üçün həmişə darıxmışam. Səhnə elə bir şeydir ki, bir dəfə səhnəyə çıxdınsa, bir dəfə alqışları eşitdinsə,  yaddan çıxan deyil bu. Əsgərlikdə olanda xüsusilə çox darıxırdım səhnə üçün. Daş boşaldırdıq, iş bitəndə əllərimizi bir-birinə çırpır, tozunu tökürdük. Bu, mənə alqış səsini xatırladırdı. Bir dəfə çox kövrəldim. Hətta daşın üstündə oturub ağladım da. Teatr sevgisi, doğrudan da, elə bir şeydir ki, heç cür adamın canından çıxmır. Və mən bu sahədən tam gedə bilmədim.  Rabitə şirkətində işləyəndə də səhnəciklər qurduq, videolar çəkdik. Elə ilk videolarım da orada yarandı. Ofisdəki iş yoldaşlarım həm aktyor, həm operator oldular".
Maddi problemlərə görə teatrdan ayrılan Taleh Yüzbəyov: "Teatra qayıtmaq istərdinizmi?" soruşuram. Deyir ki, elə bilirəm bir qədər gecdir, ən azından, pantomima teatrı üçün gecdir:
"Əvvəllər daha plastik və elastik idim. Demirəm lap yaxşı  pantomima aktyoru olmuşam, amma mənim də özüməxas bir yanaşmam var idi. Amma bir arzum var: nə vaxtsa özəl teatr yaratmaq, orda çıxış etmək istəyirəm. Teatr azad olmalıdır, teatrda çalışan uşaqların sənət yanğısı olmalıdır. Demirəm indikilərdə yoxdur, amma mən o yanğını görmürəm. Bəlkə də, var, bəlkə də, mən səhv edirəm. Sanki bir ənənə var və onu davam etdirirlər, sadəcə. Sanki aktyorların bir arzusu var: orta səviyyəli bir rolda oynayım, sonra baş rolda oynayım, sonra Əməkdar artist, sonra da Xalq artisti olum və təzə gələnlərə yuxarıdan aşağı baxım. Təzə bir nəfəs, yenilik yoxdur, məncə. Məsələn, Pantomima Teatrı özü bir yenilik idi. Və ümumiyyətlə, pantomimaya yeni bir baxış idi. Ona görə, hamının marağını özünə cəmləmişdi. Maraqlanırdılar, baxmaq istəyirdilər. Çünki dünyada sırf bu cür bir teatr yoxdur. Bizdə həm səsli, həm sözlü tamaşalar vardı. Kamera Teatrının yeni bir nəfəsi vardı. Sözümün canı odur ki, təzə bir nəfəs olanda insanlar da maraqlanır. Amma illər boyu eyni tamaşa, eyni repertuar... Repertuarda ancaq Qoqol, Şekspir, Çexov və bir də öz əsərlərimiz var. Amma kitabxanaya gedirsən, yüzlərlə, minlərlə gözəl pyeslərin olduğunu görürsən. Onları gözdən keçirmək, yenilərini oynamaq lazımdır.
Maddi problemlərə görə teatrdan ayrılan Taleh Yüzbəyov: O sahə inkişaf edir ki, orda bir sıçrayış var. Dəqiq bilmirəm, forma baxımındanmı, dil baxımındanmı, nəsə bir dəyişiklik olmalıdır, düşünürəm. Vacib deyil daimi aktyorlar olsun. Toplaşıb bir tamaşa oynamaq, gələn gəliri bölmək, hər dəfə də ortaya bir-birindən maraqlı və fərqli tamaşalar qoymaq olar. Düşünürəm ki, aktyor da, rejissor da daha böyük həvəslə işləyər. Harada maddi rifah var, orda inkişaf var, orda daha gözəl işlər var, daha böyük həvəs var işləməyə. Bizim teatrda da, digər teatrlarda da 90-cı illərdə hər kəs çox böyük fədakarlıqla işləyib, teatrı sevdiklərinə görə işləyiblər".
Maddi problemlərə görə teatrdan ayrılan Taleh Yüzbəyov: Taleh bəy deyir ki, teatr sənin həyat tərzinə çevrilməlidir:
"Səhər durub getməlisən teatra, axşama kimi orda olmalısan, ancaq bu işə köklənməlisən. Biz pantomima teatrında elə işləyirdik. Başqa teatrlarda belədir ki, məşqin, tamaşan yoxdursa, həmin gün işə gəlməyə də bilərsən. Amma biz elə deyildik, Bəxtiyar müəllim bizi hər gün gözləyirdi. Gedirdik, tamaşamız olmasa belə, bədən məşqi edirdik, xırda tamaşalar qururduq. Axşam yatanda fikirləşirdim ki, səhər tez açılsaydı, teatra gedərdim".
Maddi problemlərə görə teatrdan ayrılan Taleh Yüzbəyov: Aktyor deyir ki, "Zəhər tuluğu" cəmiyyətdə müəyyən qrup insanların içində olan neqativlərdən formalaşan bir personajdır:
"Əslində, insanları acılayan, neqativ ötürən bir obraz yaratmaq istəyirdim. Sadəcə, adını Adil qoymaqla ona bir qədər ədalət də qatdım. Və personaj mənim gözlədiyim çərçivədən çıxdı, antiqəhrəmandan qəhrəmana çevrildi. O ki qaldı ada, iki versiya vardı, "Qan çanağı" və "Zəhər tuluğu". Sonra düşündüm ki, "qan çanağı" daha çox dalaşqan adama deyirlər, "zəhər tuluğu" isə acıdil adama. Ona görə də bu versiyanın üzərində dayandıq.
Maddi problemlərə görə teatrdan ayrılan Taleh Yüzbəyov: "Zəhər tuluğu"nun baş qəhrəmanı Adilin  indiyə kimi keçmişini bilmirik. Demək olar ki, heç tanımırıq da bu adam kim olub, nə olub, niyə belə olub. Ancaq bircə bunu bilirik ki, işləyir, onu-bunu zəhərləyir, acılayır, aqressiv bir adamdır. Vəssalam. Biz bu dəfə bir qədər onların üzərində dayanmışıq. Bunları açmağa çalışmışıq. Tamaşaçının görmək istədiyi iki əsas problem var "Zəhər tuluğu" filmində. Hansı ki, cəmiyyətdə bunlar çox böyük problemlər yaradır, onlardan nəticələr formalaşır.
Komediyalarda ssenari, süjet, quruluş, struktur, komediyaların demək istədiyi söz çatmır. Komediyanın əsas işi güldürməkdir. Məncə, ondan daha çox şey gözləmək lazım deyil. Çatdırası bir sözü yoxdursa, heç olmasa, düzgün ssenarisi, düzgün strukturu olmalıdır, haradan başladığı, harada bitdiyi məlum olmalıdır. İnsanlar, əsasən, əhvalatı yadda saxlayır. Soruşanda bir-iki kəlmə kinonun nədən olduğunu danışa bilməlidir. Əgər danışa bilmirsə, deməli, nə isə düzgün getmir.
Maddi problemlərə görə teatrdan ayrılan Taleh Yüzbəyov: Tələbəlik dövrümdə hər il iki tamaşa oynayırdıq, onlardan 80 faizi  komediya olurdu, qalanı dram. Sonralar artıq teatra keçəndə tragikomik obrazlar oynamağa başladım. Və bu, mənim ən sevdiyim janr idi.  Dram mənim üçün heç vaxt yad olmayıb. Məsələn, mənim üçün sevgi qəhrəmanını oynamaq daha çətindir, nəinki dramatik bir obrazı. Sevgi, romantik baxışları oynamaq mənə yaddır".
Taleh bəy müharibədən danışanda hiss olunur ki, daha çox gərginləşir, həyəcan keçirir:
"Müharibə yaxşı bir şey deyil. Müharibədə ancaq sağ qalan qalib gəlir, elə bilirəm ki, insanlar müharibə etməməlidirlər. Amma bizim başqa yolumuz da yox idi. 44 günlük müharibədə hər bir uğurumuz məni sevindirirdi, amma eyni zamanda da hər bir şəhid xəbəri məni sarsıdırdı.  Yəni içimdə elə bir təlatümlər baş verirdi ki... Ümumiyyətlə, mənim üçün bu mövzu çox ağırdır. Hərənin özünə görə baxışları var, həqiqətləri var. Mən vətənə sevgini başqa şeylərdə də görürəm. Məsələn, ağac əkmək də vətənə sevgidir, zibili yerdən götürüb zibil qabına atmaq da. Hansı aspektdən baxılırsa baxılsın, necə  çəkilirsə çəkilsin, müharibənin yaxşı bir şey olmadığı göstərilməlidir filmlərdə. Müharibə yarımçıq qalmış ömürdür, müharibə yarımçıq qalmış arzudur, kiminsə göz yaşıdır, itkisidir, əlil qalmasıdır.  Məncə, filmlər də məhz bu tərəfdən çəkilməlidir".
Taleh bəy deyir ki, bütün çəkilişlərdə həmişə nə isə düzgün getmir. Yağışdan, buluddan, havadan, hətta küçədə olan itə qədər nə isə bir  problem çıxır. "Zəhər tuluğu"nun çəkilişi zamanı bir səhnədə daxılı güzgüyə vurub sındırmalıydım. Ondan da cəmi üç dənə tapılıb. Hər şey əla gedir, birincini vurdum, əyri getdi, güzgüyə dəymədi, divara dəydi, sındı.  Başqa səhnələrdə də daxılı bütöv görməliyik. Ona görə qalır bir şansımız. Hərə bir tərəfdən məsləhət görür: "Taleh, burda nə var ki, bax əlini belə tut, belə vur, filan". Özümü toparladım, dərin nəfəs aldım, atdım. Güzgüyə dəyməyinə dəydi, amma necə atdımsa daxıl sındı, güzgü sınmadı. Hamımız dilxor və həyəcanlıyıq.  Qaldı bircə şansımız. Risk edə bilmərik. Daxılı çaydanla əvəz etdik. Atdım, çaydan da sındı, güzgü də. Amma kadra baxırsan, açıq-aydın görünür ki, çaydandır. Çəkiliş dayandı. Hamımız məhz o daxıldan axtarırıq. Bütün Bakıda cəmi bircə dənəsi tapıldı, onun da lenti qırmızı yox, çəhrayı oldu. Rəssam onu rənglədi. Təzədən çəkməli olduq.  Allaha dua edib atdım.  Sındı, hər şey əladır, mən daxilən xoşbəxtəm, amma kadrda bədbəxtəm. Elə görünməliyəm. Yavaş-yavaş gəlib güzgüdə özümə baxdım, kadr bitdi və hamı əllərini göyə qaldırıb "yessss" qışqırdı. O günün həyəcanı dəhşət idi...
Başqa bir səhnə də vardı, mən dayanacaqda yatmışam. Kadr boş olmasın deyə arxadan, o yandan, bu yandan adamlar keçir. Onlar kütləvi səhnə aktyorlarıdır. Bir neçə dubla çəkməli olduq bu kadrı. Onlardan biri yaxınlaşıb rejissora dedi ki, bu "qaqaş" kimdir, pulunu verirəm, mən uzanım, o keçsin mənim qabağımdan o yana-bu yana. Hamımız şokda idik". 
Maddi problemlərə görə teatrdan ayrılan Taleh Yüzbəyov: "Aktyor, rejissor, ssenarist, bloqqer Taleh Yüzbəyovun bacardığı və ya  bəlkə bacarmadığı nə var ki, üzə çıxarmaq istəyərdi?" sualıma sözü ağzındaymış kimi cavab verdi:
"Oxumağı bacarmıram. Səsim olsaydı, roker olardım. Uşaqlıqdan qalıb məndə o sevgi.  İndi də böyük həvəslə dinləyirəm. İstərdim ki, rok oxumağı da bacarım. Amma yaradıcılığa şeir yazmaqla başlamışam. Məktəb və tələbəlik illərində şeir yazmışam. Amma ssenariyə başlayanda şeiri saxladım. İndi şeirdə demək istədiklərimi ssenaridə deyirəm. Düşündüm ki, deməyə sözüm olanda, onu elə ssenari kimi yazım. İndi, demək olar ki, heç şeir yazmıram. Amma nə vaxtsa kitab yazmaq istərdim. Nəsə bir avtobioqrafik əsər. Özümə görə yox ki, bilsinlər mən kim olmuşam, xeyr. Avtobioqrafik əsər həm də yazılan dövrün tarixidir, ab-havasıdır, məişətidir, gündəlik həyat tərzidir. Özüm də avtobioqrafik əsərlər oxumağı sevirəm.
Tam təsadüfən bloqqer oldum. Aktyor olaraq FB-də bir səhifə açdım. Onu da utana-utana. Bir video çəkib paylaşdım, adamlar soyuq qarşıladı. Sonra evdə elə bikarçılıqdan "Ceyhun" videosunu çəkdim və paylaşdım. Videonun o qədər sevilməsi, paylaşılması məni çox təəccübləndirdi və əlbəttə ki, sevindirdi. Oradan başladı hər şey və bədii filmə qədər gəlib çıxdı. Həmişə bədii film çəkmək istəmişəm. Amma bunun "facebook" üzərindən başlayacağını bilmirdim.  Ümumiyyətlə,  çox utancaq uşaq olmuşam. Heç vaxt məclisin gözü, deyib-gülən adam olmamışam. Amma həmişə müəyyən bir işıq olub içimdə. Üçüncü sinifdə bir qız sevirdim, onun xatirə dəftərində "böyüyəndə kim olmaq istəyirsiniz?" sualı vardı. Mənim cavabım aktyor və rejissor oldu. Amma böyüdükcə gah hüquqşünas, gah jurnalist olmaq istədim. Amma qəbul imtahanına bir ay qalmış qərar verdim ki, aktyor olacağam.
Maddi problemlərə görə teatrdan ayrılan Taleh Yüzbəyov: Əvvəllər daha yaxşı idi. Çox kitab oxuyurdum. Sadəcə son zamanlarda həyat elə axıb gedir ki, işdən-gücdən ayrılıb evə gələndə artıq əlavə olaraq mütaliəyə də əvvəlki kimi vaxt ayırmaq olmur. Amma yenə də bunlara baxmayaraq, ən azı ayda bir kitab oxuyuram.  Sevdiyim yazıçılardan biri Nodar Dumbadzedir. Əsərlərində hadisələrə tragikomedik yanaşması, keçmiş üçün darıxması, nostaljisi, səmimiyyəti çox xoşuma gəlir. Bulqakovun, demək olar ki, bütün əsərlərini oxumuşam. Markesi, Haqverdiyevi və s. çox sevirəm. Magik realizmi bəyənirəm. Amma indi, əsasən, bədii ədəbiyyatdan daha çox nonfikşn ədəbiyyatla maraqlanıram. Ssenari, kino sənəti haqqında kitablar oxuyuram. Builki kitab sərgisində çox kitab aldım.
Mən həmişə efirdə olan Talehə tamaşaçı kimi baxıram, rahat baxıram.  Köhnə videolarıma baxanda çox şeyi bəyənmirəm. Düşünürəm ki, bunu necə belə çəkmişəm və o səhvlərimi yenidən təkrarlamamağa çalışıram. Məncə, hələ də özümü müəllif olaraq tapmamışam. Aktyor, ssenarist kimi müəyyən qədər tapıram, amma müəllif kimi hələ də formalaşmaqdayam".


Maraqlı     Baxılıb: 300   Tarix: 17 aprel 2022
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

15 il 6 ay həbs cəzası alan şəxs divarı dələrək qaçmağa çalışdı: Türkiyədə şok əməliyyat - FOTO

15 il 6 ay həbs cəzası alan şəxs divarı dələrək qaçmağa çalışdı: Türkiyədə şok əməliyyat - FOTO. Türkiyədə 15 il 6 ay həbs cəzası alan cinayətkar divarı dələrək qaçmağa çalışıb, amma istəyinə nail ola bilməyib. Bu barəd

İnternetlə depressiya arasında hansı əlaqə var?

İnternetlə depressiya arasında hansı əlaqə var?. Avstraliya, Böyük Britaniya və Malayziyadan olan beynəlxalq alimlər qrupu tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, kompüterlər, noutbuklar və smartfonlar yeniyetmələ

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb. "İnsanın qida rasionunda beş əsas qida qrupu olmalıdır. Sağlam qalmaq üçün bütün qruplar arasında tarazlığı qorumaq lazımdır". Bunu rusiyalı endokrinoloq-diyetolo

AQTA COP29-la bağlı apardığı monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlayıb

AQTA COP29-la bağlı apardığı monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlayıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) COP29-la bağlı apardığı monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlayıb. AQTA-dan

Arda Turan məhkəməyə verildi: Barselonadakı evində təşkil olunan intim əyləncə məclisləri - FOTO

Arda Turan məhkəməyə verildi: Barselonadakı evində təşkil olunan intim əyləncə məclisləri - FOTO. Məşhur türkiyəli keçmiş futbolçu və məşqçi Arda Turanın "Barselona"da oynadığı zaman yaşadığı evin sahibi gənc məşqçini

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər. "Gaia BH3" adlanan qara dəlik Günəşdən 33 dəfə böyükdür. Qalaktikamızda məlum olan növbəti ən böyük ulduz qara dəliyi olan "Cygnus X-1"i

NASA: "2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar

NASA: "2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar". "2024-cü ildə Yer kürəsinin sakinləri nadir kosmik fenomeni müşahidə edə biləcəklər". Bunu ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatla

Türkiyədə sosial şəbəkələrdən biri bağlanır

Türkiyədə sosial şəbəkələrdən biri bağlanır. "Facebook", "Instagram" və "WhatsApp"ın sahibi "Meta" Türkiyədə "Threads" tətbiqini müvəqqəti bağlayacaq. Buna səbəb Rəqabət Qurumunu

Sivilizasiyanın toxunmadığı yerdən REPORTAJ + FOTO

Sivilizasiyanın toxunmadığı yerdən REPORTAJ + FOTO . İordaniyanın cənubundakı Vadi Rum səhrası Yer kürəsini tərk etmədən özünüzü başqa planetdə tapmaq üçün bir fürsətdir. Bura çöl safarisi üçün ən sevimli turist marşrut


tezbazar azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bugun sosial yardim bugunun xeberleri cəbhədən şad xəbər