Mağazalarda təhlükəli dondurmalar var - DİQQƏT
Havaların istiləşməsi və gündən-günə yaxınlaşan dondurma mövsümü hətta dondurma sevməyənləri də arada bu təamdan dadmağa sövq edir. Amma son zamanlar sosial şəbəkələrdə dondurmadan yaranan mədə-bağırsaq nasazlıqları ilə bağlı şikayətlər də çoxalıb. Əksər istehlakçı dondurma yedikdən sonra mədə pozuntularının olduğunu deyir.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mövsümqabağı bu kimi ehtimalların qaçılmaz olduğunu vurğulayıb:
"Çünki qışda soyuducularda saxlanmış dondurmalar yayda yenidən satışa buraxılır. Əsasən də xaricdən ölkəmizə gətirilən və keçən il satışı reallaşdırılmayan məhsullar bu il yenidən dövriyyəyə daxil edilir. Bu barədə Azad İstehlakçılar Birliyinə də xeyli müraciətlər daxil olur. Qarşısını almaq isə mümkün olmur".
Ekspert dondurmanın saxlanma müddəti ilə bağlı yaranan suallara da aydınlıq gətirib:
"Dondurmaları mənfi 20 dərəcədən aşağı temperaturda, anbarda altı ay müddətində saxlamaq olar. Amma bu altı ayın doğruluğu faktını təsdiq etmək lazımdır. Tutaq ki, dondurmanın üzərindəki müddət altı ayın bitmədiyini bildirir, amma laboratoriyaya nümunə verdikdə aydın olur ki, bu altı ay çoxdan bitib".
Dondurmanın Azərbaycan bazarının ən çirklənmiş seqmenti olduğunu bildirən ekspert ölkədə cəmi bir dondurma istehsalçısının təhlükəsizlik nişanı olduğunu söyləyib:
"Ölkəmizdə 20-dən çox dondurma istehsalçısı var. 2011-ci ildə USAID-in Azad İstehlakçılar Birliyi ilə apardığı birgə layihə çərçivəsində yalnız bir dondurma istehsalçısına Qida Təhlükəsizliyi Nişanı təqdim etmişik. Qalanları bu standarta oturmur".
Ekspert açıqlamasında dondurmanın yağı ilə bağlı süni qazanc əldə etməyə çalışan bəzi işbazlar haqqında da danışıb:
"Dondurma bazarımızda kərə yağı əvəzinə bitki yağının qarışdırılması problemi də var ki, bu kimi hallar da Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həll edilməlidir. Həmçinin dondurmanın xaricdən gətirildikdən sonra əridilərək yenidən bərkidilməsi, yəni təkrar emal problemi hələ də ölkə bazarında qalır".
Xidmetler [newsid: 0-123300]

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto