Məşhur diş pastalarında zəhərli maddələr aşkarlandı - Azərbaycanda da satılır
Diş pastası ilə bağlı edilən yeni araşdırma cəmiyyət arasında ciddi narahatlığa səbəb olub.
KONKRET.azmilli.az-a istinadən xəbər verir ki, ən etibarlı və məşhur markaların diş məcunlarının tərkibində ağır və zəhərli metallar aşkarlanıb. Hətta uşaqlar üçün nəzərdə tutulan məhsullar belə təhlükədən kənarda deyil.
ABŞ-da fəaliyyət göstərən "Lead Safe Mama" adlı müstəqil təşkilat 51 fərqli diş pastasını laboratoriya testinə göndərib. Nəticələr isə həm istehlakçıları, həm də mütəxəssisləri təəccübləndirib.
Test edilmiş markalar arasında bunlar var:
"Crest" , "Colgate" , "Sensodyne" , "Orajel" , "Burt"s Bees" , "Tom"s of Maine" , "Hello" .
Diş pastalarının 90%-ində qurğuşun, 65%-ində arsen, 47%-ində civə, 35%-ində kadmium aşkarlanıb. Bəzi məhsullarda isə bir neçə ağır metal birlikdə tapılıb.
Bu metallar neyrotoksin kimi tanınır və beyin hüceyrələrini zədələyərək idrak funksiyalarına ciddi ziyan vura bilər. Mütəxəssislər bildirir ki, bu maddələrin uzunmüddətli istifadəsi öyrənmə pozğunluqları, autizmə bənzər simptomlar, xərçəng, böyrək xəstəlikləri, ürək-damar problemləri və doğuş qüsurları ilə əlaqələndirilir.
Gündəlik istifadədə olan bu məhsullar sağlamlıq üçün təhlükə mənbəyinə çevrilə bilər. Ekspertlər tərkibində təhlükəli maddə olmayan, sertifikatlı və təbii tərkibli məhsulların seçilməsini tövsiyə edir.

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Türkiyə heç yerə qoşun göndərməyəcək - Fidan