"Mahiri komandanın lideri olacağına inandırıblar" - Ayxan Abbasov

"Bizi qarşıda 4 oyun gözləyir. Milli səviyyəsində ilk dəfədir qısa vaxtda ardıcıl 4 oyun olacaq".
KONKRET.azxəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Tacikistanla keçiriləcək yoldaşlıq oyunundan əvvəl baş tutan mətbuat konfransında deyib.
"Heyəti geniş etdik. Rəqib 2026-cı ildə uduzmayıb. Futbolçularımızın bəziləri komandaya gec qoşuldu. 4-5 oyunçu var ki, bu gün ilk məşqini keçirəcək. Legionerlərimiz gec gəldi. Anton Krivotsyuk və Cəlal Hüseynov məşqdə iştirak etməyiblər. Buna baxmayaraq, ümumi planımız var. Tək bu oyunu yox, 4 oyunluq plan tutmuşuq. Sabah yaxşı oynayıb, qalib gəlmək istəyirik. Rotasiyalı heyətlər olacaq. Yenilər var, istəyirik ki, onlar da millini hiss etsinlər. Tacikistanla matçdan sonra 3 ağır oyun olacaq. Sabah hazırlığımızı bu oyunlara görə quracağıq. İnanıram ki, meydanda olan hamı əlindən gələni edəcək. Sabah qalib gəlmək istəyirik".
– Rəqib kimi Tacikistan yığmasını seçməyinizin səbəbi nədir? Litva və Lixtenşteynlə oxşarlıqları var?
– Yoldaşlıq görüşləri məcburdur. Biz D Liqasındayıq. Lixtenşteyn Litva ilə qarşılaşacaq, boş rəqib tapmaq olmur. Məcburuq Asiya ölkələrinə üz tutaq. Bakıya gəlməyə razılıq verdilər. Bir-birimizə yaxınıq. Lixtenşteyn, Litva bir az fərqli komandadır. Yaydakı toplanışda da rəqibləri qrupumuzdakılara görə seçmişdik, Malta və San-Marinonu… Nə qədər müqayisə etsək də, eyni olmur. Bizə lazımdır ki, belə komandalara qarşı matçlarda oyunumuzu artıraq. Qol epizodlarımız çoxdur, istifadə edə bilmirik. Millimizə güvən lazımdır.
– Komanda fiziki planda nə qədər tab gətirə biləcək? Bu matçların cəmi birinin səfərdə olması üstünlükdür?
– Bəli, bir oyunun səfərdə olması üstünlükdür. 5,5 saatlıq uçuş var. Bunu bir aydır təhlil edirik. Klublarında daim oynayanlara çox yük düşəcək. Mahir Emrelinin komandası avrokuboklarda çıxış edirdi, təxirə salınmış oyunları var. Bir aya 10-12 oyun edir. Bu da futbolçunun zədələnməsi ehtimalını çoxaldır. Rəhman Daşdəmirov, Rüfət Abbasovu da qeyd etmək olar. Onları rotasiya etməyi fikirləşirik. Ona görə də fərqli heyətlər olacaq. Çalışacağıq ki, düzgün seçim edək. Elə oyunçu olacaq ki, 4 oyunda da oynayacaq. Çünki komandanın sütunları var.
– Nəriman Axundzadənin hazırlıq durumu qənaətbəxş olmadı ki, U-21 yığmasına yollandı?
– Bütün futbolçular nəzarətdədir. Sevindik ki, Nəriman Super Liqaya gəldi, ABŞ-də daha az şans qazanırdı. Yay toplanışında özü də xoşbəxt olmadığını demişdi. "Ərzurumspor"da şans qazanmır. Səbəb bəlli deyil. Özü ilə də danışırıq. Məşqlərdə maksimumunu qoyur. Təəssüf ki, başqa çempionatlarda yanaşma başqadır, öz mövqeyində gərək yerlidən iki baş güclü olasan. Bizdə isə tam fərqlidir. Nəriman oynamalıdır. Üzərində işləyir. Son matçlarda bir dəqiqə belə oynamayıb. Qərara gəldik ki, U-21-də olsa, daha yaxşı olar, özünə gələr.
– Martda Şahruddini zədəli halda çağıranda demişdiniz ki, komandanın kapitanı və lideridir. Amma indi sağlamdır, dəvət etməmisiz. Nə dəyişdi ki, dəvət etmədiz? Səlahət Ağayev deyib ki, dəvət almamağımda kənar amillər var. Rəvan Mirzəmmədov Səlahətdən güclüdür?
– Adlara toxunsaq, hərənin öz namizədi olacaq. Emil Balayev "Neftçi"də, Aydın Bayramov "Zirə"də əsas heyətdə çıxış edir. Rəvan isə perspektivli gəncdir, "Sabah"ın heyətində 2 oyunda çox yaxşı çıxış edib. Şahruddin millimiz üçün önəmli qapıçıdır, ən yaxşı qapıçıdır. Amma biz onu zədəli olanda yoldaşlıq görüşləri üçün çağırmışdıq. Digər futbolçuları da milliyə qazandırmaq istədik. Fikirləşirdik ki, Şahruddinə çempionatda şans veriləcək. Təəssüf ki, olmadı. O da milli karyerasını fikirləşməlidir.
Səlahət çox yaxşı insandır, peşəkardır. Səlahəti bir neçə ildən sonra milliyə qaytaran biz olmuşuq. 5-6 il milliyə dəvət olmamışdı. Ancaq biz "Qəbələ"dən dəvət etdik. Həmin vaxt "Qəbələ" son pillələrdə gedirdi. Ancaq biz ona şans verdik. Səlahət yenə də siyahımızda idi. Amma gənclərə də yol açmaq lazımdır. Həmişə danışanda deyirik ki, millidə gənclərə yol açmalıyıq. Oruc Məmmədov, Edqar Adilxanov kimi yeni oyunçular tapmaq lazımdır. Millini hiss etməlidirlər. Rüfət Abbasovu hamımız tərifləyirik, amma onun keçdiyi yola baxmalıyıq.
– Mahir Emrelini izləmək üçün Polşaya gedəndə sizə reaksiyalar fərqli oldu. Bunu gözləyirdiz?
– Bizdə nə etsən, yaxşı mənada reaksiyalar olur. Hərdən fikirləşirsən ki, nə edim? Millinin məşqçisi iki yerdə işləyəndə deyirlər ki, vaxt çatdırmırsan milliyə. İşini görürsən, futbolçunu izləməyə gedirsən, deyirlər ki, gəzməyə gedib. Sanki Avropanı görməmişik. Hansı komandalara getmişiksə, orada futbolçuya fikir dəyişib. Polşa klubunda olduq, klub prezidenti ilə görüşdük, Mahir haqda onlardan o sözləri eşitmək məni sevindirirdi. Mahiri komandanın lideri olacağına inandırıblar. Onu gələcəkdə birdəfəlik almaq istəyirlər. Digər oyunçular haqda bizdən soruşdular. Burada pis bir şey yoxdur. "Bursaspor"da da olduq. Toraldan çox şey gözləyirlər, adaptasiya gedir. Bu işimizdir, etməliyik.
– Toral Bayramov "Bursaspor"da çox oynamır…
– Əslində, başqa təklifləri var idi. Amma "Bursaspor"u seçdi. Onu da orada izləmişik. Məsələn, son matçda 37 dəqiqə oynadı, iki dəfə baxmışam oyuna. Nəyə görə 37-ci dəqiqədə onu əvəzlədilər? İki legioneri dəyişib, iki yerli oyunçu buraxdılar meydana. Bəlkə öz millətlərinə qarşı sevgi daha çoxdur. Toral milliyə həvəsli gəlib, bizim üçün dəyərli oyunçudur.
– Litva millisinin baş məşqçisi Edqaras Yankauskas deyib ki, Azərbaycanda prioritet klub futboludur, milli komandaya çox təzyiq yoxdur. Bunu da legioner limiti ilə əlaqələndirib. Razısız?
– Oxudum fikrini. Azərbaycanda milliyə təzyiq yoxdur deyib. Bizdəki təzyiqin heç yarısı Litvada yoxdur. Bir çox ölkələri qeyd etmək olar ki, milliyə fikir vermirlər, büdcələr o deyil. Biz də bunun bəhrəsini görmüşük. Hər il Çempionlar Liqasında komandamız çıxış edir, böyük klublar Azərbaycana gəlir. Litva və ya başqa ölkələrin klubları bu nəticələri əldə edə bilmirlər. O mövqedən yanaşır ki, bizim çempionatda yaxşı oyunçular var. Çempionatımızın yaxşı görünməməsinin səbəbi stadionlar, işıqlar və azarkeşdir. Polşa liqasına baxırıq. Klub deyir ki, polşalı oyunçu transfer edə bilmirik, Avropaya getmək istəyirlər. Gəncədəki oyuna televiziyadan baxsanız, "Kəpəz"in kimlə oynadığı yazılmasa, başqa matç kimi görünə bilər. Bunun üzərində çalışmaq lazımdır ki, bizim liqa da daha yaxşı olsun.

İdman       Tarix: 23 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

"Yuventus"un qapıçısı zədələndi

"Yuventus"un qapıçısı Kamil Qrabara məşq zamanı dizindən zədə alıb. xəbər verir ki, informasiyanı Turin təmsilçisinin mətbuat xidməti yayıb. Müayinələr nəticəsində polşalı qolkiperin sağ dizinin ön çarpaz bağlarınd

Avropa Liqası: daha 9 oyun baş tutacaq

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunun növbəti qarşılaşmaları keçiriləcək. xəbər verir ki, bu axşam 9 qarşılaşma baş tutacaq. 17 sentyabr. UEFA Avropa Liqası. I tur. Saat 20:45, "Levski" (Bolqarıstan

"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO

"Neftçi"nin sabiq futbolçusu Ruslan Lukin vəfat edib. -a istinadən xəbər verir ki, "Neftçi"nin yetirməsi olan veteran hücumçu 54 yaşında dünyasını dəyişib. Ölkəmizdə "Neftçi"dən başqa, "Dinamo"d

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq

Bu gün Misli Premyer Liqasının 6-cı tura yekun vurulacaq. xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək. "Şamaxı" "Araz-Naxçıvan"ı, "Kəpəz" isə "Sumqayıt"ı qəbul edəcək

Türkiyə millisinin heyəti açıqlandı

UEFA Millətlər Liqasının A Liqasında Fransa, İtaliya və Belçika yığmaları ilə qarşılaşacaq Türkiyə millisinin heyəti bəlli olub. xəbər verir ki, baş məşqçi Vinçenso Montellanı dəvət etdiyi futbolçuların siyahısı aşağıdak

Yuri Maksimov yenidən Azərbaycanda: Bu klubla anlaşdı

Ukraynalı mütəxəssis Yuri Maksimov karyerasını yenidən Azərbaycanda davam etdirməyə yaxındır. -a istinadla xəbər verir ki, bu barədə Ukraynanın bir neçə media qurumu məlumat yayıb. Bildirilib ki, 57 yaşlı mütəxəssis "Araz-Naxçıvan"ı

İngiltərədə yarış zamanı iki 25 yaşlı idmançı dünyasını dəyişdi

İngiltərədə keçirilən "Great North Run" yarımaratonunda iştirak edən iki 25 yaşlı idmançı yarış zamanı dünyasını dəyişib. xəbər verir ki, bu haqda "Sky News" məlumat yayıb. Hər iki qaçışçı trasda yıxılı

"Qarabağ"ı tərk edən Koxalskidən ölkəmiz haqqında xoşagəlməz sözlər

"Qarabağ"ın sabiq polşalı qolkiperi Mateuş Koxalski ölkəsinin "Vyeçista Krakov" klubuna keçidindən sonra Azərbaycan futbolunun ünvanına kəskin fikirlər səsləndirib.   -a istinadən xəbər verir ki, təcrübəl

Hakan Çalhanoğlunun gələcəyi bəlli olur

"Yuventus" klubu "İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlunun transferində maraqlıdır. xəbər verir ki, Turin təmsilçisi 2027-ci ildə müqaviləsinin müddəti başa çatacaq türkiyəli futbolçunun keçid şərtlərin


son xeberler azerbaycan xeberleri yeni xeberler azerbaycan son xeber bugun sonxeberler son xeberler az metbuat xeberleri