Mahmud əl-Həmzə: "Azərbaycan güclü dövlət olduğunu artıq sübut edib
Yaxın Şərqdə vəziyyət İran İslam Respublikasının İsraillə açıq qarşıdurmaya getməsindən sonra daha da gərginləşdi.
azxeber.com "Oxu.Az"a istinadən xəbər verir ki, İsrailin Dəməşqdəki (Suriya) diplomatik məhəlləni raketlərlə vuraraq SEPAH zabitlərini öldürməsinin cavabında aprelin 14-də İran İsrailə dron və raketlərlə hücum etdi. Bundan beş gün sonra isə İsrail İrandakı hərbi obyektlərə zərbə endirdi.
Qeyd etmək lazımdır ki, İsrailin dünənki cavabı İranın nəticəsiz, amma effektiv zərbəsindən qat-qat zəif idi. Yeri gəlmişkən, İranın raket və PUA-larını ABŞ, Böyük Britaniya, Fransa və İordaniyanın hava hücumundan müdafiə qüvvələri vurmuşdular. Hətta bu mərmilərdən bəzilərinin Suriya səmasında məhv edilməsi ilə bağlı məlumatlar vardı.
Yaxın Şərqdəki bu gərginlik fonunda Azərbaycan İranın hansı davranışlarından çəkinməlidir? Mövzunu Oxu.Az-a şərh edən suriyalı müstəqil politoloq, professor Mahmud əl-Həmzə bildirib ki, Azərbaycan güclü dövlət olduğunu artıq sübut edib.
"Sizin Türkiyə kimi güclü müttəfiqiniz var. Və Rusiya indi Azərbaycana Ermənistandan daha yaxındır. Bakı isə İsraillə əməkdaşlıq edir (baxmayaraq ki, bu, Tehranı narahat edir). Amma istənilən halda, İran ən azı öz ərazisində yaşayan çoxmilyonlu azərbaycanlı amilini nəzərə alaraq Azərbaycana qarşı hərəkət edə bilməz", - politoloq deyib.
Politoloq əlavə edib ki, İran bir çox millətlərin mozaikasıdır və orada farslar çoxluq təşkil etmirlər:
"Deməli, azərbaycanlılar arasında kütləvi hiddət doğuran bir hadisə baş versə, domino effekti yaranacaq və İran dağılacaq. İran siyasətçiləri belə riskə getməzlər".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu