Makiyaj edənlərə qarşı nəhəng üsyan var

Makiyaj edənlərə qarşı nəhəng üsyan varMakiyaj edənlərə qarşı nəhəng üsyan var!
Qan Turalı yazır...
Özünüzdə və ətrafınızda bir yorğunluq görürsünüzmü? Hətta, sevdiyimiz seriallara belə həvəslə baxa bilmirik. Hər gün makiyaj, dəriyə qulluq, idman... Hamısı əziyyətdir.  Sosial media da çox yorucu gəlir. Hər gün işə getmək, işdən gəlmək, işdə verilən tapşırıqlar... Hər şey... 
Belə problemlərlə üzbəüz dayanmısınızsa onda nəzərə alın ki, bu, sizin yox, bəşəriyyətin problemidir. Əlbəttə ki, bəşəriyyətin tənbəlliyə mübtəla olması da çox xoş bir hadisə deyil. Ancaq "Ellə gələn qara gün toy-bayramdır" fəlsəfəsinə sığına bilərsiniz. 
Hər il Oksford lüğəti ilin sözünü seçir. Və bu söz əslində o ili ifadə edən bir söz olur. Dil şəksiz ki, təfəkkür hadisəsidir. Təfəkkür inkişaf etdikcə dilimizə yeni sözlər daxil olur, ya da unudulan bir söz yenidən ümumişləklik statusu qazanır.
Əvvəlki illərdə "pandemiya", "vaksin", "Post Truth" sözləri ilin sözləri seçilmişdi. Bu il isə anket üçün 3 söz təqdim edilmişdi: 1. Qoblin rejimi 2. Metavörs 3. #IstandWith (Yanındayam) 
Rəyi soruşulanların 93 faizi "Qoblin rejimi" sözünü ilin sözü kimi seçdi. Bəs böyük üstünlüklə qalib olan bu sözün mənası nədir? "True detective" serialının məşhur replikası yadıma düşür:
- Pessimist nə deməkdir?
- Partiləri sevməyən deməkdir.
"Qoblin rejimi" mənəvi yorğunluğu və ona verilən reaksiyanı ifadə edir. Bu reaksiya da insanların sosial normalara əsaslanan fəaliyyəti rədd edən, cəmiyyətin insanları sövq etdiyi sosial məsuliyyət hissindən azad olmağa çağıran bir reaksiyadır. 
Daha sadə şəkildə yazsaq, pandemiyadan sonra hamımızda kütləvi bir yorğunluq, evdə qalmağın, evdə işləməyin yaratdığı bir rahatlıq vardı. Həyat öz ritminə qayıtdıqca daha çox tənbəlləşməyə, daha çox yorulmağa başladıq. "Qoblin rejimi" də bir növ "Bazar ertəsi sindromu" kimidir, təbii ki, ondan çox daha uzun bir dövrü ifadə edir. 
Sözlə bağlı başqa izahlar da mövcuddur. Belə ki, bu söz insanların üzr istəmədən, narahatlıq duymadan özlərini tənbəl, pinti, səliqəsiz və intizamsız aparmasını da ifadə edir ki, bu da yuxarıdakı mənaya yaxındır. 
Qoblin sözü isə mifoloji lüğətlərdə bizim "cin" sözümüzə uyğun gəlir. Şər güclərini təmsil edən qoblinlər iyrənc bədənə, pis xasiyyətə malik olurlar. Avropa folklorundan götürülən bu obrazlar müxtəlif nağıl və əfsanələrdə müxtəlif qabiliyyətlərə də malik olurlar.
Oksford da "Qoblin modu" sözünün populyarlaşmasını pandemiya qadağalarının yumşalması ilə əlaqələndirir. Onların fikrincə, normal həyata qayıtmağı rədd etməklə səciyyələnən "Qoblin modunun" başqa bir mənası da var. O da sosial medianın getdikcə yüksələn estetik ölçülərinə üsyandır. Belə ki, hər səhər uzun bir makiyaj etməyi yorucu sayanların əleyhinə olan alternativ bir cərəyandır. Ya da hər səhər idman edən, bunu sosial mediada paylaşanlara...  
Bir sözlə, insanlar keçmiş sosial normaları rədd edir, yenilərini yaradırlar. "Qoblin rejimi" də yaradılan yeni tendensiyaları ifadə edir. 
Siz də "Qoblin rejimi"nə mübtəlasınızmı? Elədirsə, sizi qınayanlara belə deyib: "Mən Qoblin rejimindəyəm" (Müdirlərlə dialoqda məsləhət görülmür - Q.T.) / oxu.az

Maraqlı       Tarix: 28 dekabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO. Günəşdə nəhəng ləkə peyda olub. Bu barədə alimlər xəbərdarlıq ediblər. Bildirilib ki, "AR3664" adlandırılan günəş ləkəsi hazırda o qədər böyüyüb ki, Yerdən 15 dəfə genişdir

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı. "Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". Bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbərlər havanın temperaturu meherremlik 2026 son xabar