Makron Ərdoğanla Qarabağ məsələsini müzakirə etmək istəyir
Fransa prezidenti Emmanuel Makron NATO sammiti çərçivəsində Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşmək və onunla Qarabağ məsələsini müzakirə etmək istəyir.
"Haber Global"ın məlumatına görə, bu barədə Fransanın dövlət başçısı Yelisey Sarayında keçirilən mətbuat konfransında bəyan edib. O, Ərdoğanla aralarında olan fikir ayrılığına baxmayaraq, bir-birləri ilə müzakirələrin zəruriliyini vurğulayıb.
"Bu yaxşı fikirdir. Bir-birimizi görməyə ehtiyacımız var. Prezident Ərdoğanla NATO, Suriya, Liviya, Qarabağ məsələlərini, həmçinin Fransanın "radikal islamçılıqla" mübarizəsini müzakirə etmək istərdim", - deyə o, bildirib.
Makron "radikal islamçılığa" qarşı mübarizənin heç bir şəkildə İslam dinini hədəf almadığını söyləyərək, Ərdoğanla əməkdaşlıq sahələrindən də danışacağını deyib.

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir