Makron Fransa tarixinin ən təcrübəsiz, bacarıqsız rəhbəri kimi tarixə düşəcək

Makron Fransa tarixinin ən təcrübəsiz, bacarıqsız rəhbəri kimi tarixə düşəcəkXəbər verdiyimiz kimi, iyunun 27-də Fransanın Nanter şəhərində polis əməkdaşının yol hərəkətinə nəzarət zamanı 17 yaşlı əlcəzairli sürücünü güllələyərək öldürməsi ölkədə kütləvi narazılığa səbəb olub. Etiraz aksiyasında 719 nəfər saxlanılıb. Fransa prezidenti Emmanuel Makron hökumətə ölkədə asayişi bərpa etmək üçün tapşırıq verib.
Fransada baş verən etirazlar prezident Emmanuel Makronun istefasına gətirib çıxara bilərmi?
Bununla bağlı politoloq İlyas Hüseynov azxeber.com-a açıqlama verib.
Politoloq bildirib ki, Fransada polisin zorakı metodlarla yanaşması təəssüf doğurur:
"Fransada qeyri-bərabər münasibət uzun illərdir ki, hökm sürür. Xüsusilə ərəb ölkələrindən, Afrika ölkələrindən gələn şəxslərə bu dözümsüzlük irqi, milli, dini ayrıseçkilik özünü qabarıq şəkildə göstərir. Bu gün Fransada ixtişaşlar geniş xarakter alıb. Dövlət, hakimiyyət, polis bu ixtişaşların qarşısını almaqda acizdir. Emmanuel Makron təcili müşavirə keçirsə də yenidən hadisələr genişlənib. Mənə elə gəlir, ixtişaşlar qalıcı xarakter daşıyacaq. 
Makronun dövründə etirazlar sarı jiletlilərin üsyanı, pensiya islahatları ilə bağlı ictimai çağırışların ardınca 17 yaşlı gəncin güllələnməsi ilə daha da geniş vüsət alıb. Makronun daxili və xarici siyasətdə buraxdığı səhvlər, ermənipərəst mövqeyin nümayiş olunması göz qabağında idi. Maraqlıdır ki, Fransada ixtişaşlar alovlandıqdan sonra Marseldə erməni nümayəndələri ilə görüş keçirilib". 
Makron Fransa tarixinin ən təcrübəsiz, bacarıqsız rəhbəri kimi tarixə düşəcəkİlyas Hüseynov vurğulayıb ki, E.Makron dünyanın ayrı-ayrı coğrafi bölgələrinə müdaxil edir. Lakin bu da uğursuzluqla nəticələnir:
"Fransa prezidenti öz həyat yoldaşı ilə birlikdə Elton Conun konsertinə qatılır, əylənir. Dövlətin idarə edilməsi sadə bir iş deyil. Lakin Fransa prezidenti bu vəzifənin öhdəsindən gələ bilmir. Müstəmləkəçi zehniyyətini ortaya qoyur. Ancaq bu gün beynəlxalq münasibətlər sisteminin çağırışları tamamən başqa yanaşmanı diqtə edir".
Politoloq hesab edir ki E. Makron Fransa tarixinin ən təcrübəsiz, bacarıqsız rəhbəri kimi tarixə düşəcək:
"Fransada prezidentin istefa verməsi də bir nəticə verməyəcək. Çünki Makron ölkəyə çoxsaylı zərbələr vurub. Bu problemlərin öhdəsindən gəlmək isə çətindir. Makron Fransa tarixinin ən təcrübəsiz, bacarıqsız rəhbəri kimi tarixə düşəcək".
Şəbnəm Zahir

Siyasi       Tarix: 04 iyul 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Tramp İlham Əliyevdən sitat gətirdi

Ağ Evin rəhbəri Donald Tramp bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İrəvan ilə Bakı arasındakı münaqişənin nizamlanmasında amerikalı həmkarının rolunu qeyd edib. xəbər verir ki, bu barədə Tramp Nyu-Yorkda BMT Ba

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda törədilən terror aktında çoxsaylı insan ölümü ilə bağlı bu ölkəyə başsağlığı verib. xəbər verir ki, bununla bağlı XİN-in "X"dəki hesabında paylaşım olunub. "Pakistanı

"Ermənilər olmayan yerdən özlərinə tarix düzəldiblər

"Azərbaycanlıların tarixi daha əsaslıdır, nəinki ermənilərin tarixi". xəbər verir ki, bunu Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR

Belçikanın paytaxtı Brüsseldə ictimai yerlərdə tətbiq olunan alkoqol qadağasının müddəti daha 4 il uzadılıb. xarici mətbuata istinadən xəbər verir ki, Belçikanın rəsmi xəbər agentliyi "Belga"nın məlumatına görə

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Nyusmaks"a (Newsmax) müsahibəsində

Avropa bu məsələdə bir araya gələ bilmir – Mübahisələr getdikcə dərinləşir

Almaniya və Avropa İttifaqının daha 4 ölkəsi Madridin pandemiya dövründən qalan borcların ödənilməsini təxirə salmaq və Aİ büdcəsini yüz milyardlarla avro artırmaq təklifinə qarşı çıxıb. xəbər verir ki, Aİ-də təxminən 2 trilyo

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Azərbaycan və Almaniya ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlara malikdir. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxabar son xeberler bu gun bu gunun xeberleri valyuta