Makron Putinlə baş-başa gələcək – İrəvan üzərində QANLI QARŞIDURMA

Makron Putinlə baş-başa gələcək – İrəvan üzərində QANLI QARŞIDURMA</p> 
 <p>Cənubi Qafqazda cərəyan edən proseslər regionun geosiyasi mənzərəsini dəyişir. Siyasi hadisələrin diqtə etdiyi yeni reallıqla barışmaq istəməyən  Ermənistanın fərqli siyasəti regionda sülhə təhdid yaradır. Düşmən ölkə regiona yeni gücləri cəlb etməklə Cənubi Qafqazın hərbi-siyasi atmosferinə zərbə vurmaq niyyətindədir. Ermənistanın regiona soxmaq istədiyi dövlət Fransadır. Uzun müddət imperialist siyasət aparan Fransa isə bölgəyə daxil olmaq üçün Ermənistanı təlimatlandırır və Rusiyanı sıxışdırmaq üçün planlar hazırlayır.
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Fransa Cənubi Qafqaza nüfuz etmək üçün çalışır və Qərblə Şərqi birləşdirən orta dəhlizə nəzarəti ələ keçirəcəyini düşünür: "Təbii ki, bunu da Ermənistanın əliylə həyata keçirməyə çalışır. Buna görə Ermənistanı silahlandırmaq, Azərbaycana qarşı təxribatlara sövq etmək istiqamətində səylər edir. Amma düşünürəm ki, onların bu siyasəti uğursuzluğa düçar olacaq. Azərbaycan, Türkiyə və Rusiya buna qarşı öz mövqelərini ortaya qoyub. Ermənistan hakimiyyətinin də Fransa ilə koordinasiyalı çalışması əlbəttə ki, Ermənistanın öz əleyhinə çevriləcək".
Politoloq hesab edir ki, Fransa Cənubi Qafqaza can atdıqca Rusiya daha da narahat olur və bu da qarşıdurmaya gətirib çıxara bilər: "Ermənistan hakimiyyəti Azərbaycanla sülh danışıqlarına başlamaq niyyətindədir. Amma Ermənistanı pərdəarxası idarə edən Fransa buna mane olur. Çox güman ki, Fransa Ermənistan vasitəsilə yenidən öz maraqları çərçivəsində şərtlər irəli sürəcək. Bundan əlavə, Fransa Rusiyanı sıxışdırmaqla bağlı Paşinyanı təlimatlandırır. Bu təlimatlar kontekstində Ermənistan Rusiyanın nəzarətində olan təşkilatları tərk etməlidir. Həmçinin, digər məsələ  Rusiyanın Ermənistandakı hərbi bazasının oradan çıxarılmasıdır".
Ekspert hesab edir ki, Fransanın Cənubi Qafqaz uğrunda apardığı siyasət Rusiya – Fransa maraqlarının toqquşmasına da gətirib çıxara bilər: "Əgər Paşinyan Rusiya hərbçilərinin çıxarılması istiqamətində  addımlar atacaqsa, bu, Rusiyanın hərəkətə keçməsinə gətirib çıxaracaq. Əlbəttə ki, bunun da ziyanını Ermənistan çəkəcək. Bu, həm də Ermənistanda iqtisadi və siyasi xaosa səbəb olacaq".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 23 oktyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia


azerbaycan xeberleri son xeberler yeni xeberler xabarlar enson xeberler xeberler azerbaycan sou xeberler