Makron və Paşinyan Parisdə görüşdülər - Nələr müzakirə edilib?
Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla Parisdə görüşüb. Görüş zamanı tərəflər Brüsseldə keçirilmiş son müzakirələrin nəticələrini və regional əhəmiyyət daşıyan məsələləri müzakirə ediblər.
KONKRET.az xəbər verir ki, görüş barədə məlumat Ermənistan hökuməti tərəfindən yayılıb. Paşinyan bu görüşdən əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Avropa Şurası sədrliyinə namizəd Antoniu Koşta ilə Brüsseldə üçtərəfli formatda görüş keçirib.
Makronla Parisdə baş tutan görüşdə Paşinyan Fransa prezidentini ölkənin milli bayramı münasibətilə təbrik edib. Öz növbəsində, Makron Ermənistanla çoxtərəfli əməkdaşlığın inkişafına sadiqliyini ifadə edib.
"Biz Cənubi Qafqazda təhlükəsizlik və davamlı sülhün bərqərar olunması üçün səyləri müzakirə etdik. Bu vacib prosesdə göstərdiyi davamlı dəstəyə görə Fransaya təşəkkür edirəm", – deyə Paşinyan X sosial şəbəkəsində bildirib.
Natiq Səlim,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı