Makrona "göz dağı" verməyin vaxtı çatıb: Azərbaycan bu addımla Fransaya zərbə vura bilər - DETALLAR

Makrona Fransanın Qarabağ münaqişəsində və digər məsələlərdə işğalçı Ermənistanı dəstəkləməsi və Azərbaycanın maraqlarına zidd addımlar atması rəsmi Bakının səbr kasasını daşırmaq üzrədir. Odur ki, bir çox siyasi analitiklər Azərbaycanın Fransaya qarşı mühüm addımlar atacağı haqda mülahizələr irəli sürürlər. Bu fikirlər arasında Fransa ilə iqtisadi və diplomatik əlaqələrin dayandırılması məsələsi xüsusi yer tutur. Bəs görəsən, rəsmi Bakı Parisə qarşı hansı addımları ata bilər? Ümumiyyətlə, diplomatk və iqtisadi əlaqələri dayandırmaq mümkündürmü?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Qabil Hüseynli bildirib ki, Fransa ilə bağlı bir çox addımları atmaq mümkündür:
Makrona "Xüsusilə iqtisadi əlaqələrin dayandırılması daha məqsədəuyğun olar. Diplomatik əlaqlərin kəsilməsi son anda, xüsusən qeyri-məqbul şərait yarandıqda baş verir. Amma Fransa ilə iqtisadi əlaqələrimiz çox genişdir. Bu ölkənin iri şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Bizim xarici ticarət dövriyəsində Fransanın payı yüksək olaraq qalır. Hesab edirəm ki, Fransa ilə ticarət və iqtisadi əlaqələr tam dayandırılmalıdır. Azərbaycan bunun müqabilində İtaliya, Almaniya və digər Avropa ölkələri ilə münasibətləri genişləndirə bilər. Qeyd edim ki, Fransa Bakıdakı şirkətləri vasitəsilə küllü miqdarda gəlir götürür. Amma buna baxmayaraq ölkəmizə qarşı həddindən artıq subyektiv münasibət və açıq-aşkar İslamafobiya və Türkfobiya elementləri ilə yoğrulan bir mövqe sərgiləyir. Üstəlik, Fransa sülh prosesinə əngəl yaradan əsas qüvvələrdən biridir".
Politoloqun sözlərinə görə, Azərbaycan Fransa ilə iqtisadi və ticarət əlaqələrini tam dayandırsa, bu, rəsmi Parisə həmin anda təsir etməyə bilər:
"Amma Fransanın öz mühüm gəlir kanallarından məhrum olacağı dəqiqdir. Makon hökuməti bu addımdan sonra da əvvəlki qeyri-konstruktiv mövqeyini davam etdirə bilər. Amma hər bir halda ticari-iqtisadi əlaqələri dayandırmağımız Fransaya "göz dağı" olacaq. Eyni zamanda rəsmi Paris Azərbaycanın prinsipial dövlət olduğunu görəcək. Odur ki, bizimlə diktə və zor dili ilə danışmağın mümkün olmayacağını anlayacaq".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 06 iyul 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini


azerbaycan xeberleri yeni xeberler son xeberler dunya xeberleri xeber xeber.az bu gun xeberler az