Makrondan SENSASİON AÇIQLAMA: "Rusiya ilə təmasların bərpası üçün..."
Makron: Aİ ölkələri Rusiya ilə təmasların bərpası üçün şərtləri müəyyən etməlidir.
KONKRET.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqı ölkələrini Rusiya ilə münasibətlərin gələcəyi barədə artıq indidən düşünməyə çağırıb.
Makronun sözlərinə görə, Ukraynada genişmiqyaslı müharibənin başlamasından sonra Moskva ilə kəsilən əlaqələrin hansı şərtlərlə bərpa edilə biləcəyinə dair aydın mövqe formalaşdırmaq lazımdır.
"Biz Qara dənizdən Arktikaya qədər uzanan ərazilərdə təhlükəsizlik arxitekturasını yenidən düşünməliyik. Özümüzü hansı səviyyədə müdafiə etməyə hazırıq və silahlanmanın məhdudlaşdırılması, etimadın bərpası ilə bağlı Rusiya ilə hansı şərtlər altında dialoq aparmağa razıyıq – bütün bunlar üzərində artıq indidən düşünmək lazımdır", – deyə Makron bildirib.
Natiq Səlim,
KONKRET.az

SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
Azərbaycan nefti bahalaşdı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Avtomobil dərəyə aşdı: ölən və yaralananlar var
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı
Şəhid Əli Heydərovun atası vəfat etdi
Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır