Makronun açıqlamaları Fransanın Azərbaycana qərəzli yanaşmasını bir daha təsdiqlədi

Makronun açıqlamaları Fransanın Azərbaycana qərəzli yanaşmasını bir daha təsdiqlədi"Fransa Prezidenti Emmanuel Makronun son açıqlamaları bir daha bu ölkənin Azərbaycana qarşı qərəzli mövqedən çıxış etdiyini göstərir".
Bunu "Report"a açıqlamasında Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov Fransa Prezidenti Emmanuel Makronun Qarabağın erməni sakinlərinin hüquqlarının pozulduğuna dair iddialarına münasibət bildirərkən söyləyib.
Onun sözlərinə görə, Azərbaycanın Qarabağ iqtisadi rayonunda həyata keçirilən antiterror tədbirləri zamanı beynəlxalq humanitar hüququn bütün tələblərinə tam şəkildə riayət edilib: "Ona görə də Azərbaycan dövləti Qarabağın erməni sakinlərinin təhlükəsizliyinin və rifahının təmin olunması üçün bütün zəruri addımları atmağa hazır olduğunu dəfələrlə bəyan edib".
Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüşlərin keçirildiyini xatırladan deputat vurğulayıb ki, bölgədə enerji təchizatının bərpa edilməsi, eləcə də ehtiyacı olan sakinlərə tibbi və digər xidmətlərin göstərilməsi istiqamətində müvafiq dövlət qurumları tərəfindən addımlar atılır.
S.Məmmədov vurğulayıb ki, eyni zamanda, təhlükəsizliklə bağlı tədbirlər həyata keçirilir: "Ermənistanın baş naziri Nikol Paşinyan da öz çıxışında Qarabağın erməni sakinləri üçün təhlükənin olmadığını qeyd etmişdi. Belə olan halda Fransa prezidentinin tamamilə əsassız, heç bir real fakta istinad etməyən açıqlama verməsi təəssüf doğurur. Əlcəzairdə, Tunisdə, Mərakeşdə və digər ölkələrdə yerli xalqlara qarşı kütləvi qətllər törətmiş bir ölkənin rəhbərinin Azərbaycana qarşı bu cür iddialarla çıxış etməsi yolverilməzdir. Xüsusilə də ona görə ki, bizim ölkəmiz hər zaman multikulturalizm və tolerantlıq ənənələri ilə dünyada tanınıb".
İşçi qrupun rəhbəri bildirib ki, Ermənistanın ərazi bütövlüyü məsələsində ölkəsinin çox diqqətli olduğunu bildirən Fransa prezidenti Azərbaycan ərazilərinin işğal altında qaldığı dövrdə eyni mövqedən çıxış etməyib. Bu da bir daha onu göstərir ki, Fransa öz xarici siyasətində beynəlxalq hüququn prinsiplərinə deyil daha çox ikili standartlara istinad edir: "Azərbaycan tarixdə heç vaxt heç bir xalqa qarşı etnik ayrı-seçkiliyə yol verməyib. Bu gün də Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlər üçün heç bir təzyiq, təhdid yoxdur və ola da bilməz. Biz bu insanların Azərbaycanda yaşamasında heç bir problem görmürük və reinteqrasiya təşəbbüsünün əsas məqsədi də elə bundan ibarətdir ki, Qarabağın erməni sakinləri Azərbaycanda rahat və təhlükəsiz şəraitdə yaşaya biləcəklərinə əmin olsunlar. Azərbaycan dövləti Qarabağın erməni sakinlərinə indiyə qədər yaşadıqları şərtlərdən daha üstün və daha yaxşı şərait təklif edir. Ona görə də üçüncü dövlətlərin "narahatlığı" və ya müdaxiləsinə ehtiyac yoxdur. Bu, Azərbaycanın daxili məsələsidir və bizim bütün problemləri öz vətəndaşlarının mənafeyinə uyğun ən yaxşı formada həll etmək imkanına malik güclü dövlətimiz var".

Siyasi       Tarix: 26 sentyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind


yeni xeberler azerbaycan xeberleri son xeberler sou biznes xeberler bu qun sonxeber az metbuat xeberleri