"Makronun Ermənistan üçün nə etdiyini 28 May paradında görəcəksiniz"
Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronun ölkəsi üçün nə etdiyinin mayın 28-də keçiriləcək paradda görünəcəyini bildirib.
KONKRET.az xəbər verir ki, Paşinyan bu barədə mayın 7-də jurnalistlərlə söhbətində danışıb.
"Mayın 28-də Fransa Prezidenti Emmanuel Makronun Ermənistan üçün nə etdiyini görəcəksiniz", – deyə Ermənistan Baş naziri bildirib.
O, bununla bağlı əlavə izah vermək istəməyib.
"Niyə danışmalıyam? Göstərəcəyəm", – deyə Paşinyan qeyd edib.
Baş nazir sual verən jurnalistin həmin gün Ermənistanda olacağına və hərbi paradı işıqlandıra biləcəyinə ümid etdiyini deyib.
"Əgər tədbirdə iştirak edə bilməsəniz, televizoru açıb Makronun nə etdiyini görə bilərsiniz", – deyə o əlavə edib.
Qeyd edək ki, Paşinyan daha əvvəl mayın 28-də Respublika Günü münasibətilə İrəvanın Respublika meydanında hərbi parad keçiriləcəyini açıqlamışdı.
Xatırladaq ki, Emmanuel Makron mayın 3-5-də Ermənistanda dövlət səfərində olub və seçkiqabağı dövrdə bir daha hazırkı Ermənistan hakimiyyətinə açıq dəstək ifadə edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK