Makronun Mərkəzi Asiya planı: Yeni güc balansı formalaşır
Fransa Özbəkistanla əməkdaşlığını dərinləşdirərək Çin və Rusiyaya qarşı yeni strateji mövqe qurmağa çalışır. Uran, müdafiə və infrastruktur layihələri sahəsində təsirini artırmaq istəyən Paris, eyni zamanda, alternativ ticarət yolları yaratmağı da hədəfləyir.
KONKRET.azaxar.az-a istinadla xəbər verir ki, bunu türkiyəli yazar Mərd İnan bildirib.
"Fransa Prezidenti Emmanuel Makronun Özbəkistan Prezidenti Şövkət Mirziyayevlə ötən həftə Parisdə keçirdiyi görüş və imzalanan strateji əməkdaşlıq sazişi bu prosesə yeni təkan verib.
2018-ci ildə Mirziyayevin Fransaya səfəri ilə başlayan yaxınlaşma Makronun 2023-cü ildə Özbəkistana etdiyi səfərlə yeni mərhələyə qədəm qoyub. Makronun bu strateji manevrinin Asiyada güc balansını dəyişdirə biləcəyi bildirilir. Fransa Yaxın Şərqdə Livan və Suriya üzərindən təsir dairəsini genişləndirməyə çalışdığı kimi, Avrasiya və Orta Asiyada da yeni mövqe qazanmaq istəyir. Bu inkişafın bölgədə yeni gərginliklərə səbəb ola biləcəyi ehtimal edilir", – yazar qeyd edib.

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir