Malışeva bel ağrısının bilinməyən təhlükəli səbəblərindən danışıb
Malışeva bel ağrısının bilinməyən təhlükəli səbəblərindən danışıb
Həkim-terapevt və Birinci Kanalda yayımlanan "Sağlam yaşa!" proqramının aparıcısı Yelena Malışeva bel ağrısı kimi bir simptomun bilinməyən təhlükəli səbəbləri barədə məlumat verib. Mütəxəssis bu barədə fikirlərini öz Telegram kanalında səsləndirib.
"Bel nahiyəsində ağrı heç də hər zaman onurğa ilə əlaqəli deyil. Bu nahiyədə çoxlu sayda orqan var ki, onlardan da ən vacibi mədəaltı vəzidir", - deyə həkim xəbərdarlıq edib.
Malışeva bu qəbildən ağrı sindromları zamanı dərhal müalicəyə başlamağın doğru olmadığını vurğulayıb.
Mütəxəssisin sözlərinə görə, bu hallarda ilk olaraq hər-hansı ağrıkəsici preparat içmək, sonra isə bu nahiyənin maqnit-rezonans tomoqrafiyası (MRT) müayinəsinə yazılmaq lazımdır. Sonra pasiyent mütləq şəkildə həkimə müraciət etməli və müayinə nəticələrini göstərməlidir.
"Bu zaman həkim dəqiq hansı orqanınızda problem olduğunu bilərək sizə düzgün müalicə təyin edəcək. Bu nahiyədə ağrı isə mədəaltı vəzi xərçəngi, böyrək xərçəngi və s. kimi xəstəliklərdən də qaynaqlana bilər", – deyə aparıcı qeyd edib.
Mənbə: Lenta.ru /oxu.az
Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız