"Maraqlıdır, Nikol özü Konstitusiyanı oxuyub?" - Sabiq səfirdən Paşinyana sual
"Bütün dövlət bayramlarımız matəm halına çevrilib, onların ilkin mənası, məqsədi pozulub. Bu gün Konstitusiya Gününü bayram kimi qeyd etmək çətindir, çünki Ermənistan Respublikasının Konstitusiyası pozulub".
KONKRET.az xəbər verir ki, bu sözləri Konstitusiya Məhkəməsi Aparatının keçmiş rəhbəri, Ermənistan Respublikasının Polşadakı sabiq səfiri Edqar Qazaryan deyib.
Onun sözlərinə görə, Konstitusiya Günü Ermənistan Respublikası Konstitusiyasına və Ermənistan Respublikası qanunlarına riayət etmək öhdəliyi olan məmurlar, dövlət qulluqçuları tərəfindən pozulur.
O, rəhbərlik etdiyi illərdə müxtəlif qanunsuz proseslərin baş verdiyini və nəticədə hakimiyyətin ələ keçirildiyini vurğulayıb.
Nikol Paşinyanın mesajında Konstitusiyanın oxunması ilə bağlı səslənən tövsiyələrə toxunan E.Qazaryan qeyd edib:
"Mənə çox maraqlıdır, o, Konstitusiyanı özü oxuyub? Heç olmasa dəyişməz qalan ön sözü oxuyub?" – deyə Qazaryan bildirib.
Günel Mikayılova,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi