Mardi Mekan Estate': dəniz kənarında yaşamağın tam vaxtıdır

Mardi Mekan Estate': dəniz kənarında yaşamağın tam vaxtıdır"PAŞA Real Estate" yeni formatda mənzil seçimlərini sərfəli şərtlərlə təqdim edir.
Premium dənizkənarı yaşayış kompleksi "Mardi Mekan Estate"də ev sahibi olmaq üçün artan tələbatı nəzərə alan "PAŞA Real Estate" mənzil çeşidini sahəsi 55 m²-dən başlayan studio-mənzil seçimləri ilə genişləndirir.
"Mardi Mekan Estate" Mərdəkanda, Bakı şəhərinin mərkəzindən cəmi 25 dəqiqəlik məsafədə yerləşir. Kompleksin ərazisində 46 villa, eyni zamanda üç və altı mərtəbəli binalarda 230 mənzil yer alıb. Yeni mənzillərlə birlikdə alıcılara funksional studiyalardan tutmuş, 4 yataq otaqlı rezidensiyalara qədər geniş çeşid təqdim olunur.
"Mardi Mekan Estate"də ev sahibi olmaq üçün bir neçə ödəniş şərti təklif olunur.
Müştərilər 20%-dən başlayan ilkin və 60 ayadək faizsiz hissəli ödəniş imkanından yararlana bilərlər.
"Mardi Mekan Estate"in əsas üstünlüklərindən biri qapalı kompleks olmasıdır. 8 hektarlıq ərazi tamamilə sakinlərə məxsusdur və 24/7 mühafizə altındadır. Girişə ciddi nəzarət olunur, bütün idman və ictimai zonalar isə yalnız sakinlər və onların qonaqları üçün nəzərdə tutulub. Şəhərin səs-küyü və gərginliyi bu özəl dünyadan kənarda qalır, daxildə isə yalnız dəniz, sərbəstlik və sakitlik hökm sürür.
Layihənin digər mühüm üstünlükləri isə Xəzər dənizinə birbaşa çıxış və yalnız kompleksin sakinlərinə açıq olan xüsusi çimərlikdir.
"Mardi Mekan Estate"in infrastrukturu ilboyu rahat yaşam üçün düşünülüb. Bura açıq və qapalı hovuzlar, fitnes mərkəzi, sauna və spa, padel və basketbol meydançaları, klabhaus, həmçinin ərazidəki restoranlar, kafelər və dükanlar daxildir. Yaxınlıqda məktəblər, klinikalar və supermarketlər yerləşir.
Layihənin memarlığı sahilyanı landşaftla vəhdət təşkil edir: panoramik pəncərələr rezidensiyaları təbii işıqla doldurur, planlaşdırma həlləri isə dəniz mehinin istiqamətini nəzərə alır. Mənzillər təmirə hazır şəkildə kommunikasiya xətləri ilə birlikdə təqdim olunur.
Əlaqə
E-poçt: [email protected]
Telefon: +994 51 201 32 32 / *2024
Layihənin səhifəsi: www.mardimekan.az

"PAŞA Real Estate Qrup" şirkəti haqqında
"PAŞA Holding"in tərkibinə daxil olan "PAŞA Real Estate Qrup" daşınmaz əmlaka investisiya, developer fəaliyyəti, tikinti, strateji idarəetmə və aktivlərin istismarı sahələrində ixtisaslaşır. Şirkətin fəaliyyət coğrafiyası Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan, Monteneqro və ABŞ-ı əhatə edir. Qrupun portfelinə elit hotellər, dünya səviyyəli kurortlar, ticarət kompleksləri, premium yaşayış əmlakı və çoxfunksiyalı layihələr daxildir. Keyfiyyət, etibarlılıq və müştəriyönümlülük prinsiplərini rəhbər tutan "PAŞA Real Estate Qrup" yeni sahə standartları formalaşdırmağa və beynəlxalq səviyyədə öz aktivlərinin dəyərinin davamlı artımını təmin etməyə çalışır.
www.pasharealestate.az
Mardi Mekan Estate': dəniz kənarında yaşamağın tam vaxtıdırMardi Mekan Estate': dəniz kənarında yaşamağın tam vaxtıdırMardi Mekan Estate': dəniz kənarında yaşamağın tam vaxtıdırMardi Mekan Estate': dəniz kənarında yaşamağın tam vaxtıdırMardi Mekan Estate': dəniz kənarında yaşamağın tam vaxtıdırMardi Mekan Estate': dəniz kənarında yaşamağın tam vaxtıdır/ azxeber.com

İqtisadiyyat       Tarix: 28 avqust 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Quba Palace Hotel'in Qolf meydançasında yeni simalar – məktəblilər üçün dərslər başladı - FOTOLAR

Quba Palace Hotel və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə layihəsi olaraq "Quba Palace Hotel"in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda məktəblilər üçün qolf dərslərinə start verilib

Azercell yeni "Oyun Portalı"nı istifadəyə verir

Azercell rəqəmsal xidmətlər portfelinə oyun xidmətlərini əlavə edir. "Azercell" mobil tətbiqində istifadəyə verilən yeni "Oyun Portalı" müxtəlif oyun, turnir və viktorinaları bir platformada birləşdirir. 

Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər

Türkiyənin Qaziantep şəhərində Türk Dünyası Sığorta Birliyinin 2-ci Assambleyası işə başlayıb. Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) istinadən xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızısta

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının pensiya ödənişi başa çatdırılıb. Bu barədə -a ƏƏSMN-dən məlumat verilib. Bildirili

"Pəncəli Ürəklər" aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək

Qırmızı Ürəklər Fondu 4 oktyabr – Ümumdünya Heyvanları Müdafiə Günü  ərəfəsində "Pəncəli Ürəklər" sosial aksiyasına başlayır. 21 oktyabr tarixinədək davam edəcək aksiya çərçivəsində hər kəs sahibsiz heyvanlara dəstə

ATB: Banklar strateji layihələrlə beynəlxalq kapital arasında körpü rolunu oynaya bilər

Dövlət bankı Azər Türk Bank Alman–Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) təşkilatçılığı ilə Bakıda keçirilən Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında eksklüziv "Platinum"

Pensiya ilə bağlı rəsmi məlumat

2026-cı ilin avqust ayında ailə başçısını itirməyə görə 188 194 nəfərə pensiya və müavinət ödənilib. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Onların 137 139 nəfəri pensiya, 51 055 nəfər

Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq

Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış "Aqrar sahə haqqında" yeni qanunun layihəsi ictimai müzakirəyə təqdim edilib. "Aqrar sahə haqqında" yeni qanun layihəsi kənd təsərrüfatında geniş dəyişikliklə

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayında minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını bəyan etməsi növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxılacağ


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xeberler en son xeberler xəbər.az cəbhədən son vəziyyət