Marsol Group nümayəndə heyəti İsveçrədə səfir Fuad İsgəndərovla görüşdü - FOTOLAR
20 oktyabr tarixində Marsol Group-un Avropa səfəri çərçivəsində İsveçrənin paytaxtı Bern şəhərində Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığında Fövqəladə və Səlahiyyətli Səfiri Fuad İsgəndərov ilə işgüzar görüş keçirilib.
azxeber.com xəbər verir ki, görüşdə İsveçrədə fəaliyyət göstərən işgüzar dairələrlə əlaqələrin inkişafı, iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və Marsol Group-un beynəlxalq tərəfdaşlıq istiqamətləri barədə geniş fikir mübadiləsi aparılıb.
Səfir Fuad İsgəndərov Azərbaycan şirkətlərinin Avropa bazarlarında fəaliyyət imkanları, həmçinin İsveçrə və Lixtenşteyn ilə biznes əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində tövsiyələrini bölüşüb.
İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev çıxışında İCMA və Marsol Group-un fəaliyyəti, sahibkarlıq ekosisteminin inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər və Azərbaycan–İsveçrə biznes əlaqələrinin gücləndirilməsi potensialı barədə məlumat verib.
Görüşdə iştirak edən sahibkarlar da öz fəaliyyət istiqamətləri haqqında məlumat təqdim edərək, İsveçrədə biznes imkanları və birgə layihələr barədə müzakirələr aparıblar.
Tərəflər görüşün qarşılıqlı əməkdaşlıq baxımından əhəmiyyətini vurğulayıblar. Sonda Marsol Group adından səfir Fuad İsgəndərova xatirə hədiyyəsi təqdim olunub.








Kurslar.az kurslar [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır